Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

ABŞ ın İrana qarşı A və B planı

ABŞ ın İrana qarşı A və B planı

Axar.az saytına istinadən Icma.az xəbər verir.

“Qurumlarınızı ələ keçirin, kömək yoldadır” çağırışı ilə İran xalqını üsyana dəvət edən ABŞ Prezidenti Donald Tramp bununla müdaxilənin anonsunu verdi və yaxın günlərdə, yaxud saatlarda zərbələrin endiriləcəyi gözləntisi aktualdır.

Mümkün müdaxilə (seçimlər arasında hərbi hücumla yanaşı, kiberhücum və rejimi etirazlar qarşısında çətin vəziyyətə salacaq, yaxud zorakılıqdan çəkindirə biləcək addımlar da daxildir) hadisələrin inkişafına dair suallar yaradır.

- Hücum rejimin devrilməsi ilə nəticələnəcəkmi?

- ABŞ-ın İran planında hansı variantlar var?

Müdaxilə ssenarisində əsas hədəflər İranın hərbi infrastrukturu – SEPAH, “Bəsic” kimi etirazçılara divan tutan təhlükəsizlik qüvvələri və hərbi rəhbərlik ola bilər. Və bu hədəflərin vurulması hava hücumları ilə həyata keçiriləcək. Lakin bunun rejimin devrilməsi ilə nəticələcəyini demək çətindir.

1. Rejimin devrilməsi qurudan müdaxilə ilə mümkündür ki, bu gündəmdə deyil: məqsəd işğal etmək yox, hibrid müharibə taktikası ilə inqilab etməkdir; qurudan müdaxilə ssenarisində İranın dərinliklərində rejim qüvvələri ilə döyüşmək çətindir;

2. Etirazçılar klassik “rəngli inqilab” taktikası ilə dövlət binalarını nəzarətə götürür, ABŞ havadan zərbələrlə rejimə bağlı təhlükəsizlik qüvvələrinin prosesə müdaxiləsinin qarşısını alır: Trampın etirazçılara “qurumlarınızı ələ keçirin” çağırışı Vaşinqtonun bu variantı nəzərdən keçirdiyini deməyə əsas verir;

Hərçənd, İran “ərəb baharı”nı yaşayan region ölkələrindən xeyli fərqlidir: bu ölkədə hakimiyyət bir nəfərə - dini rəhbərə tabe olsa da, “tək adam” məntiqi ilə işləmir və təpədəki fiqurun taxtdan salınmasının rejimin təslim olması ilə nəticələnəcəyini demək çətindir; rejimin dayaqları – SEPAH, “Bəsic” və digər silahlı qruplar/qurumlar vahid cəbhədən çıxış edir.

Bu baxımdan etirazçıların dövlət qurumlarını ələ keçirməsi asan olmayacaq və silahlı rejimin qanlı reaksiyası ilə qarşılaşacaq, amma mümkünsüz də görünmür, çünki etirazların miqyası və iştirakçıların sayı Xameneinin qüvvələrinin potensial imkanları xaricinə çıxarsa, rejim nəzarəti itirə bilər. ABŞ-ın hücumu bu məqamda həlledici olacaq: təhlükəsizlik qüvvələrinə və hərbi rəhbərliyə endiriləcək zərbələr rejimin mövcud potensialını azalda, diqqətini yayındıra, “vahid cəbhəni” dağıda, nəticə etibarilə etirazçıların hakimiyyəti nəzarətə götürməsi yolunu aça bilər. Bu ssenaridə liderin kimliyi – koordinasiya edəcək qüvvə məsələsi açıq sual olaraq qalır.

Bunun fonunda ABŞ-ın İranın gələcəyi ilə bağlı planları da qeyri-müəyyən görünür. Vaşinqton rejimin devrilməsini istəyir, yoxsa?

İran və ABŞ arasında təmasların olduğu rəsmi şəkildə təsdiqlənib, Tramp isə üsyan çağırışında qeyd edir ki, İran rəsmiləri ilə bütün görüşləri ləğv edib, etirazçıların öldürülməsi davam etdiyi müddətdə heç bir görüş baş tutmayacaq.

Bu məqam ABŞ-ın İranla bağlı planına dair müəyyən təxminlər yaradır: Tehran etirazçıların istəklərini yerinə yetirir, demokratik müstəvidə addımlar atır, eləcə də nüvə proqramı ilə bağlı bütün tələbləri qəbul edir, əvəzində rejim qalır;

İstisna deyil ki, bu Vaşinqtonda A planı kimi masadadır, əks təqdirdə, İranla təmasların davam etdirilməsi üçün şərt irəli sürülməzdi. B planı – rejimin devrilməsi, yeni hakimiyyətin və sistemin qurulması variantı da mövcuddur, lakin bunun uzunmüddətli və qanlı proses olacağı aydın görünür.

A və B planı arasındakı seçim – hansının işləyəcəyi İran rejiminin qərarından asılı olacaq. Lakin etirazlarda ilkin nəticənin əldə edildiyini deyə bilərik: rejimin əvvəlki gücünü qaytarması, “mütləq hakimiyyəti” bərpa etməsi, mövcud sistem davam etsə belə, İranın əvvəlki ölkə olacağı qeyri-mümkün görünür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Yanvar 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see669

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see637

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see635

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see505

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see466

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see448

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see425

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see398

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see352

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see347

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see344

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see334

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see330

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see327

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see325

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see321

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see315

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see314

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see309

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see291
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri