Icma.az
close
up
RU
Vəli Məmmədovun 95 illiyi ilə bağlı tədbir keçirildi

Vəli Məmmədovun 95 illiyi ilə bağlı tədbir keçirildi

Icma.az, Bakupost saytına istinadən bildirir.


Azərbaycanın tanınmış dövlət və ictimai xadimi, ədəbiyyatşünas, publisist, xalqımızın görkəmli ziyalılarından biri, 20 noyabr 1991-ci ildə Qarakənd faciəsi zamanı erməni terrorçularının vurduğu vertolyotun qəzaya uğraması nəticəsində şəhid olmuş Vəli Məmmədovun anadan olmasının 95 illik yubileyi münasibətilə anım mərasimi keçirilib.

"Bakupost" xəbər verir ki, 22 noyabr 2026-cı il tarixində Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən RAMADA BY WYNDHAM BAKU hotelində keçirilən xatirə gecəsində millət vəkilləri, ziyalılar, elm adamları, dövlət və ictimaiyyət nümayəndələri, yazıçılar, şairlər, Vəli Məmmədovun ailə üzvləri və digər qonaqlar iştirak ediblər.

Yubiley tədbiri çərçivəsində əvvəlcə Fəxri xiyabanda Vəli Məmmədovun məzarı ziyarət olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub, onun əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra xatirə gecəsi öz işinə başlayıb. Tədbir iştirakçılarına Vəli Məmmədovun həyat və fəaliyyətini əks etdirən foto-stend və kitab sərgisi təqdim olunub. Xatirə gecəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca şəhid Vəli Məmmədovun və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir zamanı Vəli Məmmədovun zəngin həyat yolunu, ədəbiyyatşünaslıq fəaliyyətini, dövlətçilik sahəsində xidmətlərini və 20 noyabr 1991-ci ildə baş vermiş Qarakənd faciəsinin dəhşətlərini əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib. Film iştirakçılara görkəmli ziyalının həyat və fəaliyyətini bir daha xatırladıb, onun xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinin əhəmiyyətini diqqətə çatdırıb.

Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mərdan Seyidbəyli çıxış edərək Vəli Məmmədovun Azərbaycan dövlətçiliyinə, milli ədəbiyyatımıza və ictimai fikrimizə verdiyi töhfələrin daim ehtiramla xatırlanmasının vacibliyini vurğulayıb.

O bildirib ki, belə tədbirlər görkəmli şəxsiyyətlərin irsinin yaşadılması, onların həyat yolunun gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır:

“Vəli Məmmədov Azərbaycan xalqının yaddaşında yalnız görkəmli ədəbiyyatşünas, publisist və dövlət xadimi kimi deyil, həm də milli maraqlara, dövlətçilik ideyalarına və Vətənə sədaqətlə xidmət etmiş əsl ziyalı kimi yaşayır. Onun zəngin elmi-publisistik irsi, ictimai-siyasi fəaliyyəti və yüksək vətəndaşlıq mövqeyi Azərbaycan tarixində özünəməxsus yer tutur.

Qarakənd səmasında baş vermiş faciə Azərbaycan xalqının yaddaşında heç vaxt silinməyəcək ağır bir tarixdir. Həmin terror aktı nəticəsində Vəli Məmmədov kimi görkəmli şəxsiyyətlərin həyatını itirməsi xalqımızın mənəvi və intellektual potensialına vurulan böyük zərbə idi. Lakin zaman göstərir ki, belə şəxsiyyətləri fiziki olaraq həyatdan köçürmək mümkün olsa da, onların ideyalarını, xidmətlərini və xalqın qəlbində qazandıqları ehtiramı yox etmək mümkün deyil”.

Millət vəkilləri Fəzail İbrahimli və Elman Nəsirov, jurnalist İdris Heydərov, şair-publisist Səlim Babullaoğlu, Vəli Məmmədovun bacısı Rita Məmmədova, keçmiş iş yoldaşları çıxışlarında Vəli Məmmədovun ədəbiyyatşünaslıq sahəsindəki xidmətləri, zəngin elmi-publisistik irsi, dövlətçilik mövqeyi, yüksək mənəvi keyfiyyətləri barədə danışıblar. Onun həm görkəmli ziyalı, həm də xalqına və dövlətinə bağlı vətəndaş kimi yaddaşlarda yaşadığı vurğulanıb.

Şəhidin ailə üzvləri adından edilən çıxışda Vəli Məmmədovun əziz xatirəsinə göstərilən diqqət və ehtirama görə Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin rəhbərliyinə, tədbirin təşkilində əməyi olan hər kəsə və mərasim iştirakçılarına minnətdarlıq ifadə olunub.

Xatirə gecəsinin sonunda Vəli Məmmədovun və bütün şəhidlərimizin ruhuna dualar oxunub, iştirakçılar ehsan süfrəsinə dəvət ediliblər.

Vəli Məmmədovun 95 illik yubileyinə həsr olunmuş bu xatirə gecəsi bir daha göstərdi ki, xalqına, dövlətinə və milli-mənəvi dəyərlərinə xidmət etmiş şəxsiyyətlər heç vaxt unudulmur. Onların ömür yolu, zəngin irsi və Vətən qarşısındakı xidmətləri zaman keçdikcə daha böyük ehtiramla xatırlanır. Vəli Məmmədovun əziz xatirəsi də xalqımızın yaddaşında daim yaşayacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Noyabr 2026 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri