ABŞ ın İranda A panı reallaşmadı
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın İrana qarşı genişmiqyaslı quru əməliyyatına başlaması real görünmür. Çünki ərazi baxımından böyük, coğrafi baxımdan mürəkkəb bir ölkədə hərbi əməliyyatlar Vaşinqton üçün ciddi itkilər və uzunmüddətli risklər yarada bilər. D.Trampın əsas prioriteti rejim dəyişikliyi deyil, daha çox nəzarət olunan əməkdaşlıq modelidir.
Əgər danışıqlar nəticə verməzsə, ABŞ daha məhdud və hədəfli hərbi ssenarilərə üstünlük verə bilər. Bu çərçivədə Xark (Xarq) adası ətrafında əməliyyatlar və ya Hörmüz boğazında nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımlar istisna edilmir.
ABŞ-ın Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil. Vaxtı ilə Əfqanıstanda hakimiyyətdə olan Talibana qarşı müharibə apardı. Sonradan əməkdaşlıq çərçivəsində hakimiyyəti Talibana yenidən təhvil verib çıxdı. Suriyanın indiki prezidenti
Ə. Şaranı terrorçu kimi həbs edib, sonradan azadlığa buraxaraq hakimiyyətə gəlməsinə kömək etdi. Növbəti dəfə D.Tramp Suriya prezidentini Ağ Ev də yüksək səviyyədə qəbul etdi.
D. Tramp İranla eyni ssenarinin tətbiqinə çalışır. SEPAH -da danışıqlarda maraqlıdır. Çünki, İranın növbəti neft və qaz infrastrukturu ABŞ/İsrail tərəfindən sıradan çıxarıla bilər. Həmçinin indiki rəhbərliyə qarşı sui-qəsdlər həyata keçirilə bilər.
Məhəmməd Əsədullazadə, siyasi şərhçi
Bu mövzuda digər xəbərlər:İranda ABŞ a məxsus hansı təyyarə vurulub?
03 Aprel 2026 22:18
ABŞ ın məqsədi İranda rejimi devirməkdir POLİTOLOQ
18 Yanvar 2026 18:59
ABŞ ın müharibə naziri: İranda rejim dəyişəcək
02 Mart 2026 17:23
Vens ABŞ ın İranda məqsədlərinə çatdığını bildirib
14 Aprel 2026 06:50
ABŞ ın İranda pilotu xilas etməsinin sirri...
08 Aprel 2026 08:05
Baxış sayı:143
Bu xəbər 24 Mart 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















