Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

ABŞ ın məqsədi İranda rejimi devirməkdir POLİTOLOQ

ABŞ ın məqsədi İranda rejimi devirməkdir POLİTOLOQ

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

“ABŞ-nin məqsədi İranda öz maraqlarına uyğun yeni hakimiyyət formalaşdırmaqdır”

İranda etirazlar səngimək bilmir. Rəsmi Tehran uzun müddət ölənlərin sayı barədə açıqlama verməkdən çəkinsə də, bu gün etirazlarda minlərlə insanın həlak olduğunu bildirib. Küçələrdə baş verən qarşıdurmalar paralelində ABŞ prezidenti ilə İran rəhbərliyi arasında qarşılıqlı təhdidlər də davam edir. Ötən gün İranın ali dini lideri Əli Xamneyi etirazlara görə birbaşa ABŞ-ni günahlandırıb. Bu gün isə ABŞ prezidenti Donald Tramp İranda yeni rəhbər axtarmağın vaxtı olduğunu açıqlayıb. ABŞ senatoru Lindsi Qrahamın isə ərəb müttəfiqlərini İrana qarşı hərbi tədbirləri dəstəkləmədiklərinə görə tənqid etməsi, Vaşinqtonun Tehrana qarşı sərt xəttinin hələ də aktual olduğunu göstərir. Diqqətçəkən digər məqam isə Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığıdır. Məlumatlara görə, Netanyahu danışıq zamanı Trampdan İrana qarşı hərbi əməliyyatlardan çəkinməsini xahiş edib. Lakin ABŞ lideri hərbi zərbədən imtina qərarının, qəti olub-olmadığını açıq şəkildə təsdiqləməyib. Bütün bu proseslər ABŞ-nin İrana qarşı hərbi müdaxilə variantını hələ də gündəmdə saxladığını göstərir.

Mövzu ilə bağlı politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ-nin başçılığı ilə formalaşmış Qərb koalisiyası uzun illərdir İranı sanksiyalar vasitəsilə zəiflətməyi hədəfləyir: 

“Bu siyasət İranın beynəlxalq iqtisadi münasibətlərdən təcrid olunmasına yönəlib. Vaşinqtonun strateji məqsədi İranda mövcud siyasi sistemi dəyişmək və maraqlarına uyğun yeni hakimiyyət formalaşdırmaqdır. Hazırda İranda baş verən proseslər, 2014-cü ildə Ukraynada müşahidə olunan “Maydan hərəkatı” hadisələri ilə oxşarlıq təşkil edir. Həmin dövrdə ABŞ sosial narazılıqları siyasi etirazlara transformasiya edərək, xalq tərəfindən seçilmiş hakimiyyətin devrilməsinə nail oldular. Eyni ssenarinin bu gün İranda tətbiq edildiyini görürük. İranda etirazların ilkin mərhələsi sosial-iqtisadi tələblərlə başlasa da, sonrakı mərhələdə proseslər kənar müdaxilə və təxribatlarla müşayiət olunub. Məqsəd ölkədə, vətəndaş itaətsizliyi yaradaraq, hakimiyyəti devirməkdir”.

Politoloqun sözlərinə görə, ABŞ və Qərb koalisiyasının İran daxilində uzun illərdir fəaliyyət göstərən casus şəbəkəsi var:

“Şəbəkənin fəaliyyəti xüsusilə 12 günlük hərbi qarşıdurma zamanı özünü açıq şəkildə büruzə verdi. ABŞ və İsrail kəşfiyyatının ötürdüyü dəqiq koordinatlar əsasında İranın aparıcı alimləri və yüksək rütbəli hərbi rəhbərləri hədəf alındı. İndi isə ölkə daxilində təxribatlar törədərək, dövlətlə cəmiyyət arasında qarşıdurmanı dərinləşdirirlər. ABŞ prezidenti Donald Trampın açıqlamaları da bu iddiaları gücləndirir. İran prezidenti Məsud Pezeşkianın dəfələrlə etirazçılarla dialoqa çağırış etməsinə baxmayaraq, təxribatçı qrupların məscidləri, ticarət mərkəzlərini yandırması və mülki şəxsləri qətlə yetirməsi vəziyyəti daha da gərginləşdirib”.

A.Məsiyev hesab edir ki, İranda hakimiyyət dəyişərsə, ABŞ üç əsas istiqamət üzrə planlar həyata keçirəcək:

“Plana daxil olan birinci məsələ Çinin zəiflədilməsidir. Hazırda İran xam neftinin təxminən 70 faizini Çin alır. Pekinin enerji təhlükəsizliyində İranın əsas rolu var. İkinci məsələ isə, Rusiyanın cənub cinahını nəzarət altına almaqdır. Çünki Şimal-Cənub nəqliyyat dəhlizinin İran üzərindən Fars körfəzinə və Hind okeanına çıxışı Moskva üçün strateji əhəmiyyət daşıyır. Plana daxil olan üçüncü məsələ, Türk Dövlətləri Təşkilatının regional təsirinin məhdudlaşdırılması ilə bağlıdır. Çünki Türkiyə regional aktordan qlobal gücə çevrilir. Coğrafi baxımdan İran isə türk dövlətləri arasında mərkəzi mövqedə yerləşən ölkədir. Bu amillərə nəzərən, deyə bilərəm ki, ABŞ-nin əsas məqsədi İranda öz maraqlarına uyğun yeni hakimiyyət formalaşdırmaqdır”.

Aybəniz Səfərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Yanvar 2026 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see544

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see296

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see286

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see215

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see215

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see214

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see214

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see206

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see202

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see201

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see201

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see201

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see197

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see197

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see194

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see193

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see193

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri