İran: ABŞ ın danışıqlar üçün cavabı yetərli deyil
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Vaşinqton Tehranın danışıqlara başlamaq üçün irəli sürdüyü şərtlərin bir hissəsini qəbul etsə də, cavabı yetərli deyil.
Moderator.az xəbər verir ki, Rzayi bu barədə “Press TV” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ İranın şərtlərinin bir qismini qəbul edib, lakin bəzi məsələlər üzrə qeyri-müəyyənlik qalır.
“Amerikalılar bizə cavab veriblər və biz bu cavabı yetərli hesab etmirik. Növbəti mərhələlərə keçmək üçün həmin qeyri-müəyyənliklərin aradan qaldırılıb-qaldırılmayacağına baxmaq lazımdır”, - deyə Rzayi bildirib.
Şura katibi qeyd edib ki, son iki ay ərzində Vaşinqton diplomatik əlaqələri bərpa etmək təklifləri ilə vasitəçilər üzərindən dəfələrlə Tehrana müraciət edib. Onun sözlərinə görə, bu təkliflər Pakistan, Qətər və İraq vasitəsilə çatdırılıb.
Rzayi bildirib ki, İran ABŞ-ə yeddi şərt təqdim edib və onların yerinə yetirilməyəcəyi halda nə Hörmüz boğazının Vaşinqton üçün açılacağını, nə də danışıqların keçiriləcəyini bəyan edib.
O, həmçinin İranın ABŞ-lə diplomatik əlaqələrə yanaşmasının dəyişdiyini və əvvəlki danışıqlar modelinə qayıtmaq niyyətində olmadığını söyləyib. Rzayinin iddiasına görə, əvvəlki üç danışıqlar raundunda ABŞ tərəfi hər dəfə prosesi yarımçıq dayandıraraq İrana hücum edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 11 Oktyabr 2026 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















