ABŞ ın Qrenlandiyadakı hərbi bazasının komandiri Vaşinqtonun siyasətini tənqid etdikdən sonra işdən çıxarılıb
Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Kosmik Qüvvələrinin Qrenlandiyadakı bazasının komandiri Syuzan Meyers vəzifəsindən azad edilib, ABŞ Kosmik Əməliyyatlar Komandanlığı bildirib.
“Polkovnik Syuzan Meyers rəhbərlik qabiliyyətinə inamını itirdiyinə görə Pituffik Hərbi Hava Qüvvələri Bazasının komandanlığından azad edilib”, - deyə məlumatda bildirilir. "Komandirin vəzifələri, xüsusən də siyasi məsələlərdə qərəzsizliyin qorunması ilə bağlı ən yüksək davranış standartlarına sadiqlik tələb edir."
AP-nin məlumatına görə, vitse-prezident J.D.Vensin Qrenlandiyaya son səfərindən sonra Meyers bütün baza işçilərinə Danimarka və Qrenlandiya hakimiyyətlərinə dəstək sözləri olan elektron məktub göndərib. Hadisə ilə bağlı Pentaqonun sözçüsü Sean Parnell X sosial şəbəkəsində qeyd edib ki, departament “tabeçilik pozuntularına və prezident Trampın xəttinə zidd hərəkətlərə dözmür”.
Martın sonunda Vensin Qrenlandiyaya səfəri ABŞ prezidenti Donald Trampın adaya ərazi iddiaları ilə bağlı ABŞ və Danimarka rəsmiləri arasında qızğın müzakirələrə səbəb olub.
Tramp, Qrenlandiyanı zorla ələ keçirmək variantından imtina etmək fikrində olmadığını bəyan edib. Qrenlandiyaya səfəri zamanı Vens daha yumşaq ifadələr seçdi: o, belə bir fikir bildirdi ki, Qrenlandiya Danimarkadan müstəqillik əldə etsə, Vaşinqtonla müstəqil şəkildə münasibətlər qura bilər.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 12 Aprel 2025 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















