Icma.az
close
up
RU
ABŞ ın yeni sanksiya strategiyası: müharibənin gedişinə təsir edə bilərmi?

ABŞ ın yeni sanksiya strategiyası: müharibənin gedişinə təsir edə bilərmi?

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Rusiya–Ukrayna müharibəsinin gərgin fazaya keçdiyi bu günlərdə ABŞ-ın prosesə təsiri daha da artır. ABŞ-nin sülh planına qarşı Avropa İttifaqının alternativ variant hazırlaması, həmçinin ABŞ-Rusiya danışıqlarını pozmağa çalışması daha mürəkkəb bir vəziyyət yaradır. Belə olan halda ABŞ sanksiya siyasətinin həyata keçirilməsinə məcbur qala bilərmi?
Qeyd edək ki, Vaşinqtonun həm yeni sanksiya paketləri üzərində işləməsi, həm də Rusiyaya qarşı beynəlxalq təzyiq mexanizmlərini gücləndirməsi ehtimalı savaşın gələcək gedişatına birbaşa yön verən əsas faktorlardan biri sayılır. ABŞ-nin hansı şərtlərlə bu sanksiyalara tam şəkildə qoşula biləcəyi və onların tətbiqinin nə zaman reallaşacağı isə hazırda beynəlxalq gündəmin ən kritik suallarındandır. Məsələnin aktuallığı nəzərə alınaraq, ekspertlərin də bu proseslə bağlı müxtəlif siyasi və geostrateji qiymətləndirmələri mövcuddur və onların açıqlamaları ABŞ-ın növbəti addımlarının mümkün nəticələrini daha aydın göstərir.

Sərt təzyiq

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komiətisnin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev “Xalq Cəbhəsi” qəzetinə deyib ki, Amerika Birləşmiş Ştatları tərəfindən təklif olunan yeni sanksiyalar paketi həm ağırlığı, həm də əhatə dairəsinə görə əvvəlkilərdən ciddi şəkildə fərqlənir: “ABŞ administrasiyası Rusiya ilə ticarət edən, xüsusilə xammal idxal edən ölkələrə qarşı ikinci dərəcəli sanksiyaları gündəmə gətirmək niyyətindədir. Vaşinqtonun məqsədi Moskva ilə aparılan danışıqlarda əlavə təzyiq alətinə və ya mexanizminə sahib olmaqdır. ABŞ Prezidenti bu aləti danışıqların gedişinə uyğun olaraq istənilən vaxt masa üzərinə qoymaq imkanını özündə saxlamaq istəyir. Bu, Rusiyanı diplomatik danışıqlar və vasitəçilik prosesində qısa müddətdə real addımlar atmağa məcbur etmək niyyətindən xəbər verir”.
Rizvan Nəbiyevin sözlərinə görə, yeni sanksiyaların məqsədi Rusiyanın hərbiləşməsini təmin edən əsas maliyyə mənbələrini əhəmiyyətli dərəcədə məhdudlaşdırmasına nail olmaqdır: “Rusiyanın əsas gəlirləri neft, qaz və digər xammal növlərinin satışından formalaşır. Sanksiyalar qəbul olunacağı təqdirdə, məhz bu sahələri hədəfə almaqla Rusiyanın potensial maliyyə mənbələrini ciddi şəkildə qapatmaq və hərbi büdcəni zəiflətmək niyyətini hədəfləyir. ABŞ Rusiyaya təzyiqi artırmaqla Ukrayna müharibəsində diplomatik müstəvidə dönüş yaratmaq istəyir. Prezident Donald Tramp əvvəllər də bu təzyiq mexanizmlərini işə salacağını istisna etməmişdi. Belə ki, Ağ Evdə fəaliyyətə başladıqdan sonra Ukrayna və Rusiya rəhbərləri ilə aparılan intensiv danışıqlardan nəticə əldə olunmaması isə administrasiyanı sanksiya paketini də əsas təsir vasitəsi kimi masaya gətirməyə vadar edir. Hazırkı mərhələdə bu paket ABŞ və onun Avropadakı tərəfdaşları və digər müttəfiqləri tərəfindən Rusiyaya qarşı istifadə edilə biləcək ən təsirli siyasi-iqtisadi və maliyyə təzyiq alətlərdən biridir. Rəsmi Moskva isə sanksiyaları səhv və beynəlxalq hüquqa zidd hesab edir”.

Rusiyanın iqtisadi qapıları hədəfdə

Deputat Könül Nurullayeva bildirib ki, hazırda Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketinin üzərində işləyir. Məqsəd Rusiyanın hərbi mexanizmini uzunmüddətli perspektivdə zəiflətməkdir: “Eyni zamanda amerikalı senatorlar ABŞ-də Rusiyanın ticarət tərəfdaşlarına qarşı nəzərdə tutulan sanksiya qanunu layihəsini hazırlayıblar.
Bu təşəbbüs Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları da nəzərdə tutur. Qanunda Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-yə idxal üçün 500%-lik gömrük rüsumlarının tətbiqi məsələsi yer alıb. Burada əsas məsələ ABŞ prezidenti Donald Trampın sənədi dəstəkləyib-dəstəkləməməsi ilə bağlıdır. Tramp indiyə qədər sərt addımlardan ehtiyatla istifadə edib və daha çox dialoq yoluna üstünlük verib. Son vaxtlar Rusiya-Ukrayna müharibəsi ilə bağlı gizli sülh planının hazırlanmasına dair məlumatlar yayılıb.Planın əsas istiqamətləri Ukraynada sülhün bərpası, tərəflərin təhlükəsizlik zəmanətləri, Avropanın təhlükəsizliyi və Vaşinqtonun Moskva və Kiyev ilə gələcək münasibətlərinin çərçivəsidir. Rəsmi Vaşinqton sülh prosesini yaxınlaşdırmaq istiqamətində addımlar atmağa üstünlük verir. Eyni zamanda sərt sanksiyaların nəticələri hər zaman gözlənildiyi kimi olmur. Beynəlxalq Valyuta Fondunun ilkin hesablamalarına görə, iqtisadi qarşıdurmanın ilk aylarında Rusiyanın xeyrinə nəticələr qeydə alınıb, lakin Avropa iqtisadiyyatı gözləniləndən daha çox zərər çəkib. Amma ümumilikdə sanksiyalar Rusiyaya təsirsiz ötüşmür və Kremlin daha aqressiv davranmasına səbəb ola bilər".
O bildirib ki, Ukrayna Prezidenti V.Zelenskinin Türkiyə səfəri də sülh prosesinə təsir göstərəcək və tərəflərin yaxınlaşma səviyyəsini müəyyənləşdirməyə kömək edəcək.

ABŞ sanksiyaları əlində saxlayır

Politoloq Şakir Ağayev əlavə edib ki, ABŞ Konqresində Rusiyaya qarşı uzunmüddətli və sərt sanksiyalar paketinin hazırlanması tamamlanıb, lakin sənədlərin qəbul edilməsi üçün Ağ Evin, daha dəqiqi, Prezident Donald Trampın mövqeyi hələ gözlənilir: “Donald Tramp sanksiyaların qəbul edilməsinə razıdır, amma onların tətbiqi yalnız onun şəxsi qərarı ilə və lazım bildiyi vaxt həyata keçirilməlidir. Tramp Konqresə açıq şəkildə bildirib ki, sanksiyalar qəbul olunarsa, onların tətbiqi prezidentin imzasına bağlıdır. Bu, klassik “qamçı və şirniyyat” siyasətidir. Tramp çalışır ki, Konqresin qəbul etdiyi sanksiyaları Rusiyaya qarşı təzyiq aləti kimi əlində saxlasın və Moskvanı danışıqlara məcbur etsin. Tramp hakimiyyətə gəlməzdən əvvəl Ukrayna müharibəsini qısa müddətdə bitirəcəyi ilə bağlı vədlər vermişdi, lakin müharibə hələ də davam edir. Tramp müxtəlif çıxışlarında bildirib ki, 8 müharibəni dayandırıb, 9-cunu – Ukrayna müharibəsini də bitirmək istəyir. Ona görə də Rusiyanın təzyiq altında saxlanması onun strateji maraqlarına uyğundur. ABŞ-ın Rusiyaya qoşulacağı və ya qoşulmayacağı sanksiyalar məsələsi artıq çoxdan həll olunub.
ABŞ demək olar ki, bütün sanksiyalarda iştirak edir və hətta digər dövlətləri də həmin sanksiyalara qoşulmağa məcbur edir. Hazırda əsas diqqət enerji sektoruna yönəlmiş əlavə məhdudiyyətlərdədir”.
Ekspert bildirib ki, ABŞ Hindistana, Çinə və Avropa ölkələrinə – Macarıstan istisna olmaqla – təzyiq göstərərək Rusiyaya qarşı sanksiyaların effektivliyini artırır: “Amerika sadəcə qoşulmur, həm də Rusiyanın iqtisadiyyatını zəiflətmək üçün Avropadan tələb edir ki, əlavə sanksiyalar tətbiq olunsun. Sözügedən sənəd ABŞ üçün sadəcə hüquqi akt deyil, həm də Rusiyaya qarşı siyasi təzyiq mexanizmidir.Əsas məqsəd Rusiyanı məcburi danışıqlar masasına gətirməkdir”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Noyabr 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see248

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see201

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see160

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see141

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see139

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see136

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see134

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see130

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see129

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see129

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see127

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see125

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see124

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see122

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see119

Axios: Tramp məsləhətçilərinə Maduro ilə şəxsən danışmaq istədiyini deyi

25 Noyabr 2025 04:00see118

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri