ABŞ İran arasında atəşkəs nə qədər çəkəcək? Zərdüşt Əlizadədən PROQNOZ
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"ABŞ və İran arasında əldə edilən atəşkəs iki həftə davam edəcək, amma iki həftədən sonra atəşkəs uzadılacaq-uzadılmayacaq bu, tərəflərin əldə etdiyi razılaşmadan asılı olacaq".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi.
"İran öz tələblərini qəbul edilmiş kimi təqdim edir və bunu öz qələbəsi hesab edir. ABŞ Prezidenti Donald Tramp isə Amerikanın tələblərini və əldə etdiyi müharibədəki nəticəni qələbə kimi təqdim edir, İranı darmadağın bir dövlət kimi təsvir edir. Məncə, bir həftədən sonra bilinəcək ki, bu müvəqqəti atəşkəs razılaşmasının davamı olacaq, yoxsa yox. Hər halda, bu müharibə bir daha İsrailin və Amerikanın beynəlxalq hüquqla hesablaşmayan yırtıcı dövlətlər olduğunu sübuta yetirir", - deyə o əlavə etdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 08 Aprel 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















