İran kifayət qədər əzmli olsa, Amerika geri çəkiləcək Zərdüşt Əlizadədən PROQNOZ
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
"Hazırda ABŞ və İran arasında siyasi oyun gedir. Hər iki tərəf bir-birini hədələyir və müharibəyə hazır olduğunu bildirir. Amma eyni zamanda anlayırlar ki, müharibənin fəsadları var, müharibə hər iki tərəfə böyük ziyan vura bilər".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ və İran arasında yenidən müharibənin başlaya biləcəyi ehtimalından danışarkən bildirdi.
"Tərəflər həm diplomatiyadan istifadə etmək istəyirlər, həm də bir-birini hədələməklə əsəblərinə təsir edib geri çəkilməyə məcbur etmək istəyirlər. Ona görə, hələlik işlərin gedişi hər iki tərəfin qətiyyətindən və əzmindən asılıdır. Əgər İran kifayət qədər əzmli olsa, Amerika geri çəkiləcək. Əgər Amerika əzmli olsa, İran geri çəkiləcək. Mürəkkəb siyasi oyun gedir", – deyə həmsöhbətimiz fikrini sonlandırdı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 22 Aprel 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















