ABŞ İran danışıqları ilə bağlı SON DƏQİQƏ: Tehrandan RƏSMİ AÇIQLAMA KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi İrandan danışıqlar aparan nümayəndə heyətinin Omana gəlməsi ilə bağlı iddiaları təkzib edib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
“İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İRNA-nın sorğusuna cavab olaraq İranın danışıqlar aparan nümayəndə heyətinin Omanın paytaxtına gəlməsi ilə bağlı “Reuters” agentliyinin xəbərini təkzib edərək, bu məlumatın həqiqətə uyğun olmadığını vurğulayıb”, – agentliyin açıqlamasında deyilir.
Qeyd edək ki, bir müddət öncə İran və ABŞ rəsmiləri arasında dolayı danışıqlar məhz Oman vasitəsilə keçirilib. Lakin son məlumatlara görə, bu prosesin davamına dair konkret tarix və məkan razılaşdırılmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 İyun 2025 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















