Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

ABŞ İran danışıqları: Yeni qarşıdurma, yoxsa yeni fürsət? TƏHLIL

ABŞ İran danışıqları: Yeni qarşıdurma, yoxsa yeni fürsət? TƏHLIL

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Birləşmiş Ştatlar və İran arasında aprelin 12-də Omanda keçiriləcək danışıqlar iki ölkə arasında uzun müddətdir davam edən gərgin əlaqələrdə əhəmiyyətli məqamdır. Bu görüş hər iki tərəfin artan ritorikası, diplomatik addımları və qarşılıqlı təhdidləri ilə müşayiət olunan bir aylıq prosesin ardından baş tutacaq və bu, mövcud danışıqların həm təcili, həm də həssas olduğunu söyləməyə əsas verir.

Trampın mesajı, İranın reaksiyası

Görüşə hazırlıq dövrü çoxsaylı bəyanatlar və arxa planda aparılan manevrlərlə müşayiət olunmuşdu. Martın 7-də Prezident Donald Tramp İranın Ali Lideri Ayətullah Əli Xameneiyə İranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar təklif edən mesaj göndərdiyini açıqlamışdı. İran tərəfi birbaşa təmasları dərhal rədd etsə də, üçüncü tərəfin vasitəçiləri ilə dialoqa açıq olduğunu bildirmiş, bunun ardınca ABŞ-İran danışıqları üçün neytral vasitəçi olan Oman seçilmişdi.

Diplomatik ritorika və artan gərginlik

Gərginlik martın 30-da daha da yüksəlib. Prezident Tramp İran yeni nüvə sazişini rədd edərsə, əlavə tariflər və bənzərsiz hərbi tədbirlər həyata keçirməklə hədələyib. Bu açıqlamalar Tehranın güzəştlərə getməyə məcbur edilməsi məqsədini güdür, eyni zamanda Trampın daxili auditoriyada güclü xarici siyasət mövqeyini göstərmək məqsədini daşıyır.

Cavab olaraq, İranın Ali Lideri hərbi münaqişə ehtimalını rədd etsə də, ABŞ-ın sabitliyi pozan təşəbbüslərə qarşı ciddi xəbərdarlıq etmişdi.

Gərginliyin əsas səbəbkarı - Tramp

İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani APA-ya açıqlamasında iki ölkə arasında mövcud gərginliyin səbəbkarının Prezident Donald Tramp olduğunu deyir.

Onun sözlərinə görə, ABŞ ilə İran arasında uzun illərdir davam edən danışıqlar Donald Trampın nüvə danışıqlarından çıxması ilə daha da gərginləşib: “Danışıqlar uzun illərdir davam edir. Keçmişdə bu ölkələr arasında müəyyən razılaşmalar əldə olunsa da, sonradan bu razılaşmalar pozulub. Hazırkı vəziyyətin yaranmasının əsas səbəblərindən biri məhz Donald Trampın prezidentliyi dövründə atdığı addımlardır. Tramp prezident seçildikdən sonra ABŞ-ın İranla imzaladığı nüvə sazişindən birtərəfli qaydada çıxdı. Bu addım regionda gərginliyin artmasına və vəziyyətin yeni istiqamətlərə yönəlməsinə səbəb oldu. Daha sonra ABŞ tərəfindən İrana qarşı yeni sanksiyalar tətbiq olundu. Bu prosesin əsas təşəbbüskarı Trampdır, məsuliyyət də onun üzərindədir. Əgər ABŞ həmin sazişdən çıxmasaydı və razılaşma icra olunsaydı, bu, həm İran, həm ABŞ, həm də region və dünya üçün faydalı olardı. Belə olan halda nüvə problemi diplomatik yollarla tənzimlənə bilərdi. Lakin sazişin pozulmasından sonra İran da öz növbəsində reaksiyalar verdi. Nəticədə ölkə uranın zənginləşdirilməsi üzrə işləri genişləndirdi, həm zənginləşdirmə faizi artırıldı, həm də ümumi miqdarı ciddi şəkildə artdı. Hazırda isə Tramp yenidən prezident postuna qayıdıb. Onun siyasəti həm ABŞ daxilində, həm də beynəlxalq arenada ciddi qarışıqlıqlara səbəb olub. Müttəfiqlər arasında gərginliklər artıb və Trampın ritorikası dünya miqyasında sabitliyə təsir göstərməkdədir. Gələcəkdə bunun nəticələrinin nə olacağını zaman göstərəcək”.

İranın iqtisadi çətinlikləri və çıxış yolları

Ə. Süleymani qeyd edib ki, hazırda İran üçün əsas problem hələ də sanksiyalardır: “Bu sanksiyalar İrana, xüsusən də İran xalqına ciddi iqtisadi və sosial ziyan vurur. Məişət səviyyəsində vəziyyət daha da ağırlaşıb, iqtisadi inkişaf geriləyib. İran üçün bu vəziyyətdən çıxış yolu, ilk növbədə, sanksiyaların aradan qaldırılmasıdır. Bu sanksiyalar İran iqtisadiyyatına ciddi ziyan vurur və ölkənin beynəlxalq ticarətdə iştirakını məhdudlaşdırır. İran öz neftini sərbəst şəkildə sata, digər ticarət əlaqələrini bərpa edə bilsə, ölkə iqtisadiyyatı və cəmiyyət bir qədər rahat nəfəs ala bilər.”

İranlı politoloq ABŞ-ın bu məsələyə yanaşmasının özünəməxsus səbəbləri olduğunu qeyd edib:

ABŞ-da İranı nüvə silahı hazırlamaq niyyətində ittiham edir, İranın ballistik raket proqramını da təhlükə kimi görürlər. Yəni söhbət təkcə nüvə proqramından yox, həm də İranın müdafiə potensialından, o cümlədən Orta Şərqdəki təsirindən gedir. Beləliklə, ABŞ və bəzi Qərb ölkələri bu məsələdə İranın hərbi imkanlarını məhdudlaşdırmaq istəyirlər. İran isə bildirir ki, nüvə bombası hazırlamaq niyyəti yoxdur”.

Nüvə və müdafiə proqramları: İranın “qırmızı xətti”

Əfşar Süleymanı Oman danışıqlarına dair fikrini də bölüşüb: “Əsas məsələ nüvə silahının hazırlanması ilə bağlıdırsa, bu mövzuda İranla ABŞ arasında müəyyən razılıq əldə oluna bilər. Lakin problem təkcə bu deyil — məsələyə daxil olan başqa "qırmızı xətlər" də mövcuddur. İran dəfələrlə bildirib ki, nüvə proqramını tam şəkildə dayandırmaq niyyətində deyil və uranın zənginləşdirilməsini müəyyən çərçivələr daxilində davam etdirəcək. Bu çərçivələr isə əsasən əvvəlki sazişlərdə müəyyən edilmiş limitlərə əsaslanır — məsələn, 3.5-4% səviyyəsində zənginləşdirmə. İran bəyan edir ki, əgər ABŞ öz növbəsində sanksiyaları aradan qaldırsa və yüksək təzyiq siyasətindən əl çəksə, bu şərtlə razılaşmağa hazırdır. Hazırda ABŞ sanksiyalarla bağlı sərəncamlar imzalamağa, müxtəlif təzyiq vasitələrindən istifadə etməyə davam edir. İran isə bu siyasətin dayandırılmasını istəyir və yalnız bu halda razılaşmalara açıq olduğunu bildirir. Bununla belə, Tehranın da qəti mövqeyi var – İran heç vaxt nüvə proqramını tam şəkildə dayandırmağa, yaxud müdafiə imkanlarından imtina etməyə razı olmayacaq.

Əlavə olaraq, ABŞ və Qərbin istədiyi digər mövzular – məsələn, ballistik raket proqramının məhdudlaşdırılması, pilotsuz uçuş aparatlarının (PUA-ların) istifadəsi və müxtəlif hərbi sahələrdəki fəaliyyətlər – İran üçün digər “qırmızı xətləri” təşkil edir. Nəticə etibarilə, İran yeni razılaşmalara hazır ola bilər, lakin yalnız bərabərhüquqlu və qarşılıqlı etimad əsasında. Əgər ABŞ əvvəlki kimi birtərəfli tələblər irəli sürərsə, bu danışıqlar da əvvəlkilər kimi nəticəsiz qala bilər”.

Ə. Süleymani əlavə edib ki, danışıqlar nəticə verməzsə, tərəflər bir-birinə qarşı sərt addım atmalı olacaqlar: “Yox, əgər bu müzakirələr müəyyən nəticələr verərsə, ondan sonra Tehranla koordinasiya etmək lazım olacaq. Danışıqlar vaxt alacaq, amma atmosferi yumşaldacaq. Bu, ən azı iqtisadiyyata, İranın dollarla bağlı vəziyyətinə, inflyasiyanın artması kimi məsələlərə müsbət təsir edə bilər. Hər hansı müsbət xəbər, məsələn, ticarət münasibətlərindəki inkişaflar İran iqtisadiyyatına faydalı ola bilər. Hər hansı mənfi xəbər, məsələn, hücum və ya gərginliklə bağlı təhdidlər isə əks təsirlər göstərər. Uzunmüddətli perspektivdə, bu prosesin müsbət nəticələr verməsi ehtimalı böyükdür. Məncə, münasibətlərin tam normallaşmasına hələ çox var. 45 illik əlaqəsizlik və ümumiyyətlə, münasibətlərin pis olması nəzərə alındıqda, bu məsələləri birdən-birə həll etmək mümkün deyil. Nə baş verəcəyini isə zaman göstərəcək. Böyük proqnozlar vermək üçün çox tezdir”.

Gələcək perspektivlər və ehtimallar

Amerikalı siyasi analitik Peter TeyzAPA -ya bildirib ki, İran ciddi iqtisadi geriləmə ilə üzləşir. Vaşinqton tərəfindən tətbiq edilən ticarət və iqtisadi sanksiyalar, habelə ABŞ Administrasiyasının İsrailə göstərdiyi dəstək Tehrana Tramp Administrasiyası ilə diplomatik müzakirələrə başlamaq üçün təzyiq göstərən əsas geosiyasi amillərdir.

Gözlənilən danışıqlar çərçivəsində İranın silahlı qüvvələrə aid infrastrukturunun təhlükəsizliyinin təmin olunması istiqamətində addımlar atıla bilər. İranın nüvə zənginləşdirmə proqramını dinc məqsədlərlə məhdudlaşdırması məsələsi əsas diqqət mərkəzindədir. Bu danışıqların Oman Sultanlığında keçirilməsi planlaşdırılır. Bildirilir ki, bu seçim həm neytral platforma olması, həm də müxtəlif kommersiya layihələri baxımından uyğundur. Bununla belə, Bakı kimi tarixi irsi olan şəhərlər də belə müzakirələr üçün münasib alternativlərdən biri ola bilərdi”, - deyə analitik qeyd edib.

Amerikalı ekspertin sözlərinə görə, mövcud vəziyyətdə İranın inkişafına yol açılması üçün Tehranın dialoq prosesinə daha açıq və konstruktiv yanaşması daha məqsədəuyğun olar.

Danışıqlarda şəffaflıq və qarşılıqlı anlayışın təmin olunması müsbət nəticələrə səbəb ola bilər. Nüvə proqramına dair əvvəlki razılaşmalar hazırda qüvvədə deyil. Hazırkı mərhələdə ABŞ və İsrail arasında sıx əməkdaşlıq mövcuddur. İran üçün beynəlxalq hüquqa və razılaşmalara uyğun şəkildə əməkdaşlıq etmək və nüvə proqramı ilə bağlı şəffaflığı artırmaq məqsədəuyğun olardı,” - deyə analitik əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Aprel 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see473

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see374

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see372

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see331

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see314

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see285

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see285

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see196

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see160

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see160

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see159

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see150

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see149

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see136

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see134

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see131

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see129

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see126

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri