Icma.az
close
up
RU
ABŞ Rusiya danışıqları: Müharibənin sonu, yoxsa Ukraynanın müstəqilliyinin sonu? TƏHLİL

ABŞ Rusiya danışıqları: Müharibənin sonu, yoxsa Ukraynanın müstəqilliyinin sonu? TƏHLİL

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Donald Tramp ilə Vladimir Putin arasında ötən həftə baş tutan telefon danışığı ABŞ ilə Rusiya münasibətlərində uzun müddətdir hökm sürən sükutu pozdu.

Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının ardınca Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə də telefon əlaqəsi qurub. ABŞ Prezidentinin münaqişə tərəfləri ilə ayrı-ayrılıqda söhbət aparmasını müharibənin sonlandırılmasına dair danışıqların başlanğıcı kimi qiymətləndirmək olar.

Bloklanmış münasibətlərin normallaşdırılması

Rusiyanın Siyasi Tədqiqatlar İnstitutun direktoru, politoloq Sergey Markov Rusiya və ABŞ liderləri arasındakı zəngini iki ölkə arasındakı təmasın faktiki olaraq başladığını bildirib.

Politoloqun fikrincə, bu danışıqlar üç fərqli aspektə ayırır: “Birinci aspekt, Ukrayna böhranının həlli üzrə danışıqlardır. İkincisi, Bayden, hətta Obama Administrasiyası dönəmində bloklanmış münasibətlərin normallaşdırılması, üçüncüsü isə digər münasibətlərə dair məzmunlu danışıqlardır. Tramp iki xüsusi nümayəndə təyin edib. Kit Kelloq Avropa və Ukrayna ilə danışıqlarla məşğul olacaq. İkinci HAMAS və İsrail arasında danışıqlarda səriştəsini ortaya qoymuş Stiv Uitkofdur. O, həmçinin Rusiya istiqamətinə cavabdeh olacaq”.

Ukraynalı politoloq, hərbi ekspert Aleksandr Kovalenko APA-ya açıqlamasında ABŞ-Rusiya liderləri arasında baş tutan telefon danışığını tərəflər arasında ilkin təmas kimi qiymətləndirib.

“Bu telefon danışığı tərəflər arasında baş vermiş ilkin əlaqədir, indiki halda heç bir aşkar nəticə və ya hərəkət anlamı daşımır, sadəcə, anonslar verir. Ukraynanın və Rusiyanın isə öz mövqeləri, öz ultimatumları, öz məqsədləri var. Yaxın günlərdə, həftələrdə bunu gözləmək olmaz. Bu, aylar çəkə bilər, yazın ikinci yarısına təsadüf edə bilər. Lakin vəziyyət o qədər mürəkkəbdir ki, danışıqlardan dərhal konkret nəticə görmək olmaz. İndiki vaxtda, sadəcə olaraq, biz çox sayda bəyanatları izləyirik, bəziləri yalnız boşluqdan ibarətdir. Ona görə də, mən qısamüddətli hadisələr kontekstində sülh danışıqlarının perspektivlərini görmürəm. Amma ümumilikdə bu proses 2025-ci il ərzində başlayarsa, yaxşı olar”.

Görüş barədə razılığa gəlinib

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov telefon danışığı zamanı prezidentlərin şəxsi təmasları davam etdirmək, xüsusən də görüş təşkil etmək barədə razılığa gəldiklərini bildirib.

Görüş məkanı kimi isə Səudiyyə Ərəbistan seçilib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi danışıqlar üçün platforma olmağa hazır olduğunu bildirib.

Putin-Tramp görüşünün məkanı - Səudiyyə Ərəbistanı

Sergey Markov danışıqların bu həftə Səudiyyə Ərəbistanında başlayacağını bildirib: “ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Çox vacib danışıqlar olub. Onlar, bu danışıqlarda ən mühüm məsələlərdən birinə – Rusiya və ABŞ arasındakı diplomatik əlaqələrin tamamilə bərpa olunmasına dair qərar qəbul edib. Daha sonra Səudiyyə Ərəbistanında Putin və Tramp arasında sammitin keçirilməsi üzrə danışıqlar başlayacaq. Ehtimal edirəm sammit yaxın zamanda Səudiyyə Ərəbistanında baş tutacaq.”

Aleksandr Kovalenko isə Səudiyyə Ərəbistanında görüşün baş tutmasına dair skeptik yanaşma ortaya qoyub. O, bu günədək Səudiyyə Ərəbistanında Ukrayna tərəfinin də görüşdə iştirak edəcəyinə dair Ukraynada heç bir rəsmi məlumatın təsdiqlənmədiyini deyib: “Vladimir Zelenski bunu təsdiqləməyib. Hazırda Ukrayna Rusiya ilə görüşə hazır deyil. Biz görüşün keçirilməsi üçün heç bir səbəb və əsas görmürük, eyni zamanda Rusiya da belə hesab edir. Məncə, yaxın vaxtlarda Səudiyyə Ərəbistanında belə bir formatda danışıqların keçirilməsi real deyil. Hətta deyək ki, Səudiyyə Ərəbistanı ərazisində deyil, hər hansı bir başqa yerdə qeyri-rəsmi, rəsmi görüşlər baş versə belə, bunlar münaqişənin dinamikasına heç bir təsir göstərməyəcək. Döyüşlər necə davam edirsə, elə davam edəcək, həm Ukrayna ərazisində, həm də Rusiya ərazisində.”

Münaqişə tərəflərinin tələbləri və güzəştləri barədə

Müharibənin dayandırılmasına üçün danışıqlar masası ətrafında əyləşən tərəflərin tələbləri il yanaşı, güzəştlərə getməsi də mümkündür. Hər iki ölkədən olan siyasi ekspertlər ölkələrinin tələb və güzəştləri barədə danışıblar.

Sergey Markov Rusiyanın tələblərinin dəyişmədiyini deyib: “Tələblərimiz eyni olaraq qalır. Yəni, ilk olaraq denasifikasiya! Denasifikasiya, sadəcə, Ukraynada mövcud terror sisteminin ləğvi deməkdir. Və demilitarizasiya. Bundan əlavə derussifikasiya, yəni rus dilini ləğv edən, qadağan edən bütün qanunlar aradan qaldırılmalıdır, rus dili ikinci dövlət elan edilməlidir. Pravoslav kilsəsinə qarşı bütün siyasi repressiyalar ləğv edilməli, pravoslav kilsəsindən alınmış bütün kilsələr geri qaytarılmalıdır. Anti-Rusiya sanksiyalarının aradan qaldırılması lazımdır ki, blokadaya salınan və Rusiyaya ötürülən 300 milyard avro və dolların bloku açılsın”.

Ukraynalı politoloq Kovalenko da ölkəsinin tələblərinin kifayət qədər şəffaf olduğunu vurğulayıb: “Tələbimiz Ukraynanın ərazi bütövlüyü, 1991-ci il sərhədlərinin bərpasıdır. Lakin biz yaxşı başa düşürük ki, Rusiya heç vaxt bu cür kompromislərə getməyəcək, ona görə də sülh danışıqlarının başlanması üçün alternativ variantlar ola bilər. Məsələn, Ukraynanın 2022-ci ilin 21 fevralına qədər olan sərhədləri ola bilər, yəni tammiqyaslı işğal başlamadan əvvəlki sərhədlər. Təbii ki, bu, Rusiyanın 2014-cü ildən bəri işğal etdiyi ərazilər üzərində heç bir hüquqi tanıma olmadan, hüquqi güc və ya nəzarət qəbul etmədən. Yəni, bunlar bizim ilkin şərtlərimiz ola bilər”.

Müharibənin dayandırılması məsələsinə toxunan Kovalenko bunun məqsədəuyğun, lakin qeyri-mümkün olduğunu deyib: “Ukrayna və Rusiya arasındakı müharibə dayanmayacaq, səngiyəcək, amma tamamilə bitməyəcək. Bu məsələlərə obyektiv yanaşmaq vacibdir.”

Sülh danışıqlarına başlamaq hansı güzəştlər edilə bilər

Putinin Zelenski ilə danışıqların əleyhinə olmadığını xatırladan rusiyalı ekspert Markov Zelenskinin Milli Təhlükəsizlik Şurasında Putinin prezident olduğu müddətdə Ukrayna ilə Rusiya arasında istənilən danışıqların qadağan edilməsi haqqında fərman qəbul etdiyini deyib: “Ona görə də hazırda Ukrayna ilə Rusiya arasında danışıqlar qadağandır. Bu qadağa hamı, o cümlədən Zelenski üçün məcburidir. Ona görə də Zelenski danışıqlar aparacaqsa, əvvəlcə bu fərmanı ləğv etməlidir. Onu da indi ləğv edə bilməz, səlahiyyət müddəti bitdiyi üçün indi o, qeyri-qanuni prezidentdir. Zelenski isə deyir ki, biz yeni seçkilərin əleyhinəyik, əhali yeni seçkilərin əleyhinədir. Bəli, əhali yeni seçkilərin əleyhinədir. Konstitusiyada açıq şəkildə göstərilir ki, hərbi vəziyyət yaranarsa, parlament seçkiləri təxirə salına bilər, amma prezident seçkilərinin təxirə salınması ilə bağlı heç nə deyilmir. Yaxşı, Ukraynanın öz qanunlarını pozmasına birtəhər göz yuma bilərik. Amma sülh müqaviləsi imzalamaqdan söhbət gedirsə, vəziyyət dəyişir. Rusiya baxımından Zelenski legitim prezident deyil. Bu o deməkdir ki, o, bu sülh müqaviləsini imzalaya bilməz. Biz Zelenskiyə pis münasibət bəsləmirik. Fakt budur ki, növbəti prezident Zelenskinin bu imzasından asanlıqla imtina edə bilər. Növbəti prezident “Siz axmaqsınız, müqaviləni kimlə imzalamısınız? Axı o, qeyri-legitim prezidentdir. Ona görə də mən bu müqaviləni tanımıram və mənim üçün bu, sadəcə olaraq, Zelenskinin imzaladığı kağız parçasıdır”. Odur ki, Zelenski indi faktiki qeyri-legitim prezident vəziyyətindədir, Ukrayna əvvəlcə bu məsələni qanuni yolla həll etməlidir”.

Ukraynalı siyasi ekspert Kovalenko isə rəsmi Kiyevin Rusiya tərəfindən işğal edilmiş bir kvadrat metr ərazini belə Rusiya ərazisi kimi tanımayacağını bildirib: “Ukraynanın mövqeyi bu məsələdə kifayət qədər sərtdir və biz gələcəkdə bu əraziləri hər hansı bir şəkildə geri qaytarmaq hüququmuzdan heç vaxt imtina etməyəcəyik. Ümumilikdə, Rusiya bunu yaxşı başa düşməlidir. O, bu müharibəni sonsuza qədər apara bilməz. Hazırkı vəziyyətində 2025-ci il Rusiya üçün kritik ola bilər. Əgər 2025-ci ildə razılaşmaya gəlməzsə, 2026-cı ildə artıq Rusiya cəbhəsi çökməyə başlayacaq, Rusiya generalları bunu başa düşməlidir. Rusiya 2026-cı ildə daha çox itki verəcək, nəinki 2024-cü ildə və ya 2025-ci ildə. Buna görə də seçim şansı çox deyil. Hazırda vəziyyət pisləşməyə doğru gedir. Ona görə də, Rusiya bizim mövqelərimizi qəbul etməlidir. Rusiya tərəfi çox vaxt təmtəraqlı şəkildə ruh yüksəkliyi nümayiş etdirir, lakin reallıqlardan çıxış etmək lazımdır. Reallıqlar Rusiya üçün yaxşı deyil. 2024-cü il ərzində bircə vilayət mərkəzini belə tutmayıblar. Əksinə, onlar 2024-cü il ərzində öz ərazilərindən bir hissəsini itiriblər. İndi Rusiya qoşunlarının irəliləməsi 2024-cü il ilə müqayisədə əhəmiyyətli dərəcədə yavaşlayıb. Ancaq itkilər durmadan artır. Bütün bunlar göstərir ki, Rusiya tərəfinin danışıqlardakı mövqeyi çox zəifdir və sadəcə güzəştlərə getməyə məcbur olacaq”.

Putin danışıqlara getməzsə Rusiyaya güc tətbiq oluna bilərmi?

ABŞ-ın vitse-prezidenti JD Vans “Wall Street Journal” jurnalında müsahibəsində deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə uzunmüddətli müstəqillik zəmanət verən sülh sazişinə razılıq verməsə, Vaşinqton Moskvanı sanksiyalarla və potensial hərbi əməliyyatlarla hədələyib.

ABŞ Xarici Siyasət Tədqiqat İnstitutunun əməkdaşı Stiven Blank APA-ya açıqlamasında Vaşinqtonun təhdidləri barədə danışaraq bildirib ki, tətbiq edilə biləcək sanksiyaların ən ciddisi Rusiyanın enerji alıcılarına qarşı sanksiyalardır: “Rusiya ilə iş aparan banklara və biznesə qarşı “ikinci dərəcəli sanksiyalar” ola bilər. Lakin Putin danışıqlardan imtina etməyəcək. O, bu addımı atmayacaq qədər ağıllı adamdır. Bunun əvəzinə o, Ukraynanın suverenliyinin məhv edilməsini və onun Rusiyaya birləşdirilməsini, habelə NATO-nun 1991-ci ildən bəri bütün irəliləyişlərinin rədd edilməsini nəzərdə tutan ilkin məqsədlərində israr edəcək. Əslində o, Rusiya imperiyasını bərpa etmək və onu Amerikanın müdafiəsindən və Trampdan məhrum olan Avropada ali gücə çevirmək istəyir.”

Amerikalı politoloq Vensin hərbi əməliyyatlar barədə fikirlərini isə tamamilə ağlasığmaz adlandırıb: “Çünki müdafiə naziri Heqset heç bir Amerika qoşununun heç bir sülhü təmin etməyəcəyini və Ukraynanın NATO-ya üzv olmayacağını qəti şəkildə bəyan edib. Belə olan halda Rusiyaya qarşı heç bir hərbi əməliyyat qəbul edilməyəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Fevral 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1223

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see190

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see149

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see128

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see125

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see118

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see110

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see110

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri