Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ İran hərbi toqquşması qaçılmaz ola bilər ŞƏRH

ABŞ İran hərbi toqquşması qaçılmaz ola bilər ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“ABŞ İranı tam nəzarət altına almaq niyyətindədir, Trampın strateji planı budur”

Fevralın 26-da Cenevrədə planlaşdırılan görüş İranın ABŞ ilə razılığa gəlməsi üçün son şansdır, əks halda Vaşinqton genişmiqyaslı hərbi əməliyyata başlaya, birbaşa ölkənin Ali rəhbəri Əli Xameneini hədəfə ala bilər.

Bu barədə “Axios” ABŞ rəsmilərinə istinadla məlumat yayıb. ABŞ-nin yüksək vəzifəli rəsmisi bildirib ki, İran yaxın 48 saat ərzində konkret təklif təqdim edərsə, ABŞ nümayəndə heyəti cümə axşamı Cenevrədə danışıqların yeni raunduna hazırdır. O vurğulayıb ki, Donald Tramp administrasiyası Tehrandan məqbul təklif gözləyir.

Məlumata əsasən, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Prezident Donald Trampa hücum əmri verməzdən əvvəl diplomatiyaya şans verilməsini tövsiyə ediblər. Tehran tərəfindən məqbul təklif göndərilsə, Cenevrədə danışıqlar baş tutacaq. ABŞ rəsmisi əlavə edib ki, tərəflər hərtərəfli nüvə sazişindən əvvəl mümkün müvəqqəti razılaşma barədə də danışıqlar apara bilərlər.

Siyasi şərhçi Səxavət Məmməd “Sherg.az”a açıqlamasında ABŞ ilə İran arasında hərbi gərginliyin getdikcə artdığını bildirib. Onun fikrincə bu gərginliyin yüksəlməsində İsrailin oynadığı strateji rolu gözardı etmək olmaz: “Vaşinqton hər nə qədər prioritetinin Qərb yarımkürəsi olduğunu bəyan etsə də, Yaxın Şərqə əlavə qüvvələr cəmləyir və xüsusilə İranı ram etmək niyyətini gizlətmir. Faktiki olaraq, regionda ABŞ və İsrailin apardığı siyasətə müqavimət göstərən tək güc mərkəzi İran qalmışdı. Bu səbəbdən İrana qarşı kəskin addımların atılması qaçılmaz idi. Hesab edirəm ki, real yanaşma İranın Yaxın Şərqdəki "ayağını kəsmək" və İsrailin qarşısındakı yeganə ciddi maneəni aradan qaldırmaqdan ibarətdir”.

Siyasi şərhçi qeyd edib ki, Donald Tramp həm biznes karyerasında, həm də prezidentlik dövründə eyni davranış modelini nümayiş etdirib: “Təhdid, təzyiq və şantajlarla "500 faizlik" tələblər qoyur, sonda isə "200 faizlik" nəticə ilə razılaşır. İran istiqamətinə göndərilən ilkin qüvvələr də məhz bu psixoloji təzyiq strategiyasına xidmət edir. 

2026-cı ilin əvvəlindən etibarən ABŞ-ın regiondakı hərbi mövcudluğu ciddi şəkildə artıb. İlk olaraq USS Abraham Lincoln (CVN-72) aviadaşıyıcı zərbə qrupu yanvarın sonundan etibarən Ərəb dənizi və Hörmüz boğazı yaxınlığında fəaliyyətə başladı. O zaman ABŞ-ın İrana dərhal zərbə endirəcəyi ilə bağlı çoxsaylı iddialar səslənsə də, bu qüvvə ilə genişmiqyaslı hücumun qeyri-mümkün olduğunu düşünürdüm. Çünki belə bir addımın fəsadları ABŞ üçün kifayət qədər ağır ola bilərdi.

Bəlkə də 12 günlük İran-İsrail toqquşması olmasaydı, ABŞ elə USS Abraham Lincoln aviadaşıyıcısı ilə zərbələr endirməyə cəhd edərdi. Lakin bu toqquşma göstərdi ki, İran ciddiyə alınacaq bir hərbi potensiala sahibdir. 20 ildən artıqdır ki, sırf ballistik raket istehsalı ilə məşğul olan İranın gücü bir çox məsələlərə aydınlıq gətirdi.

İsrail kimi HHM sistemlərinə güvənən bir ölkə, İranın zərbələrini dəf etmək üçün İordaniya, ABŞ, Böyük Britaniya və Fransanın köməyinə ehtiyac duydu. Bu, İranın raket və dron gücünün bir ölkənin imkanlarını aşdığını sübut etdi. Toqquşmanın ən ağır nəticələrindən biri arsenalın boşalması oldu. ABŞ-ın istifadə etdiyi THAAD anti-ballistik raketlərinin yerini yalnız 2027-ci ildə doldura biləcəyi bildirilir”.

S. Məmməd hesab edir ki, Abraham Lincolnun regiona gəlişindən sonra ABŞ şərtlərini açıqlayıb:

“Bu şərtlər arasında uranın zənginləşdirilməsinin, ballistik raketlərin istehsalının dayandırılması, orta və uzaq mənzilli raketlərin silahlandırmadan çıxarılması və İranın tamamilə Yaxın Şərqdən əlini çəkməsi var. İran hazırkı ABŞ-nin qüvvələrini nəzərə alaraq müqavimət göstərə biləcəyinin fərqindədir. Ona görə də, İran da şərtlərə qarşı şərtlər irəli sürür. İran sanksiyaların aradan qaldırılacağı təqdirdə uranın zənginləşdirlməsi məsələsinin müzakirəyə açıq oldğunu bildirir. Ballistik raketlərin müzakirə mövzusu olmayacağını bəyan edir. Düşünürəm ki, İran Yaxın Şərqlə bağlı müəyyən güzəştlərə gedə bilər, hətta deyərdim, buna məcburdur. İranın ballistik raketlərlə bağlı mövqeyi məntiqlidir, realığı özündə ehtiva edir. Əslində bu tələb özü gülməlidir. Necə yəni, sənin raketin olmasın, mənim olsun? Donald Trampın gözləmədiyi bu qətiyyət ABŞ-i daha böyük qüvvələri regiona cəlb etməyə vadar etdi. Fikrimcə, ABŞ aviadaşıyıcı gəmiləri regiona göndərəndən sonra güc balansı xeyli dəyişəcək. Bu gücdən sonra müdaxilə imkanı daha real görünür, toqquşma riskini xeyli artırır. Ancaq İranın ərazisinin böyüklüyü, Rusiyadan alınan S-300, Miq-29, Su-35 və Çindən sifariş edilən J-10 qırıcıları, həmçinin radioelektron mübarizə vasitələri müharibənin qısa sürməyəcəyindən xəbər verir. Uzunmüddətli müharibə isə asanlıqla nəzarətdən çıxa bilər. Bu ssenaridə Rusiyanın "pusquda duraraq" gərginliyi daha da alovlandırmaq üçün əlindən gələni edəcəyi şübhəsizdir”.

Ekspert qeyd edib ki, ABŞ-ın İran ətrafındakı manevrləri Azərbaycanın antiterror əməliyyatından əvvəlki və ya Rusiyanın Ukrayna müharibəsindən öncəki qüvvə yığımına bənzəyir. Ya şərtlər qəbul ediləcək, ya da hərbi maşın işə düşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Fevral 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri