Icma.az
close
up
RU
RUSLAR İRANI SATACAQ, ÇİN MÜDAFİƏ ETMƏYƏCƏK ABŞ İran toqquşması artıq qaçılmaz görünür

RUSLAR İRANI SATACAQ, ÇİN MÜDAFİƏ ETMƏYƏCƏK ABŞ İran toqquşması artıq qaçılmaz görünür

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda baş verən hadisələr bu ölkənin daxili məsələsi olmaqdan çıxaraq, daha çox qlobal müstəvidə gedən mübarizəyə dönüşüb. Hazırda teokratik rejim həyatda qalmağa çalışır, çünki əks halda, azca büdrəsələr, ruhanilərin və onların xidmətçilərinin müqəddəratı qorxulu sonluqla yekunlaşacaq.

İranda uzun illər ərzində dövlət idarəetmə strukturu şaquli istiqamətdə bilərəkdən elə qurulub ki, rejimin çökməsi İslam İnqilab Keşikçilər Korpusu (SEPAH) başda olmaqla təhlükəsizliyə cavabdeh olanların şəxsi faciəsinə çevrilsin. Ona görə də İran şəhərlərində nümayişçilərə divan tutanlar öz gələcək aqibətlərini könüllü surətdə lap əvvəldən ayətullahların avantürasına, fitvasına qurban vermişlərdir. İndi onların özünüqoruma instikti işə düşüb və geri çəkiləcək yerləri yoxdur.

İranda idiyədək çox sayda kütləvi nümayişlər olub və həmişə də bunun sonu etirazların qəddarcasına yatırılmasıyla bitib. Ancaq indi vəziyyət fərqlidir. ABŞ son 80 ildir ki, dünya çapında bu cür fəallıq göstərməyib və Vaşinqton İranda rejim dəyişilməsini planlayır. İran rəhbərliyi ABŞ Prezidenti Trampın nümayişçilərə atəş açılacağı təqdirdə onlara qarşı hərbi müdaxilə həyata keçirəcəyi xəbərdarlığına təhdidlərlə cavab versə də, heç də illüziyaya qapılmayıblar. Onlar ABŞ ilə qarşıdurmanın xoşagəlməz ssenariyə doğru gedəcəyini hiss edirlər. Bu baxımdan gərginliyi yumşaltmaq üçün Ağ Evlə əlaqə də qurublər. Belə ki, Trampın söylədiyinə görə, İran rəhbərliyi danışıqlar aparmaq istəyir.


Tramp ABŞ-nin maraqlarına zidd gələn əngəlləri ortadan qaldırmaq niyyətindədir. Sözsüz ki, Trampın qlobal geostrateji planına 47 ildir ki, Ağ Evlə düşmənçilik aparan İran rejiminin çökməsi də daxildir. Beynəlxalq KİV-lərin məlumatına görə, ABŞ vitse-prezidenti Cey Di Vens İrana zərbə vurmamışdan əvvəl onlarla danışqlar aparılmasını təklif edir, Dövlət Departamentinin rəhbəri Marko Rubio isə dərhal zərbələr endirilməsini istəyir. Digər tərəfdən, unutmayaq ki, respublikaçıların öncül nümayəndəsi senator Lindsi Qrem "Ayətullahlar, anlamalısınız, əgər daha yaxşı həyat tələb edən xalqınızı öldürməyə davam etsəniz, Donald Tramp sizi öldürəcək” ifadəsini təsadüfən səsləndirməyib. Nə edəcəyi proqnozlaşdırılmayan Trampın İrana aviazərbələr vurulması qərarını nə zaman verəcəyi hələ bəlli deyil. Amma Tramp iqtisadi cəhətdən İranı məngənədə boğmaq fikrindədir. O, qərar verib ki, İranla ticarət aparan bütün ölkələr ABŞ- ilə ticarətlərindən 25 faiz gömrük rüsumu ödəyəcəklər. Beləliklə, təhlükənin yaxınlaşdığını anlayan İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin mümkün hücumlarını nəzərə alaraq, fövqəladə vəziyyət rejimində çalışacaq xüsusi müqavimət qrupunun yardılmasına göstəriş verib. Həmin qrupa müdafiə şurası üzvləri, SEPAH rəhbərliyi, hərbi qərargah rəisləri və kəşfiyyat rəhbərləri daxil olacaq. 

ABŞ-İran toqquşması artıq qaçılmaz görünür və İrandakı mövcud rejimi əzmək üçün Ağ Ev bütün vasitələrdən istifadə edəcək. İran rejiminin ictimai dayaqları sarsılıb və xalq rejim uğrunda mücadilə etməyəcək. Ölkə daxilində səfalət və korrupsiyanın tüğyan etdiyini görən İran xalqı ruhanilərin apardığı avantürist xarici siyasətdən və onların islam dininin mərhəmət və ədalət prinsiplərini öz məqsədləri naminə istismar etmələrindən təngə gəlib. İranın teokratik rejimi Fələstin təəssübkeşliyi adı altında Livandakı “Hizbullah” silahlı qruplaşmasını, HƏMAS-ı, Suriyada Bəşər Əsədi, Yəməndə husiləri dəstəkləməklə, şiəliyin yanlış istiqamətdə siyasiləşdirilməsi üzərindən Yaxın Şərq bölgəsində böyük təsir gücünə yiyələnmək istəyib. 

Görəsən, mollalar ölkənin böyük resurslarını bu cür marjinal qüvvələrə və mənasız işlərə sərf etməklə İsrailin yer üzündən silinməsinə və dünya imperializminə qarşı mübarizə ideyasını həyata keçirərəkən, buna güclərinin yetə biləcəyini hesablayıblarmı? Hələ bunlar azmış kimi, İran liderləri öz təsir dairələrini Yaxın Şərqlə məhdudlaşdırmaq istəməyiblər və qlobal səviyyədə oynamaq üçün Rusiya və Çinin tərəfdaşı olmaqla təhlükəli geostrateji mübarizəyə qərar veriblər. Təxminən son 15 ildir ki, İran Rusiya ilə strateji əməkdaşlıq yolunu tutub. Maraqlıdır ki, Kreml Suriyada İranı tək qoyub qaçmaqla və İsrailin İrana endirdiyi zərbələrə seyirçi qalmaqla öz xislətini göstərsə də, teokratik rejim bundan nəticə çıxarmadı. Heç şübhəsiz ki, Rusiya kritik məqamda İranın arxasından çəkiləcək.


Rusiyanı özünə müttəfiq edib, ona ümid bəsləyən mollalar strateji səhvə yol verdiklərini hələ də anlamırlar. Moskva İranın ağır günündən fürsət kimi istifadə edərək onu ortada qoyub, aradan çıxacaq. Hazırda Rusiyaya məxsus yük təyyarələri Tehrana tez-tez eniş edirlər. Onlar Tehrana nə daşıya bilərlər? Silah baxımından ruslar İrana yalnız Hava Hücumundan Müdafiə sistemləri yollaya bilərlər. Ancaq Rusiya sistemləri ABŞ-nin zərbələrinə qarşı səmərə verməyəcək.

Venesuelanın itirilməsi və ABŞ-nin Rusiya neft tankerlərini ələ keçirməsi Kremlin qlobal siyasi ambisiyalarına ciddi zərbə vurub. Ukraynada müharibə aparan Rusiyanın İrana edə biləcəyi hərbi dəstək dönüş yaradacaq səviyyədə ola bilməz. Bəzi politoloqların fikrincə, Rusiya təyyarələri İrandan qızıl daşıyırlar. Onda belə anlaşılır ki, rejim qızılların Moskvadan bir daha geri qaytarılmayacağından ehtiyat etmir? Deməli, rejim mənsubları ən kritik vəziyyətlərə, yəni qaçmağa da hazırlaşırlar.

Ümumiyyətlə, İranda rejim dəyişilməsi nəinki Kremlin nüfuzuna zərbə vuracaq, eyni zamanda ona yaxınlıq edən ölkələr Putinin ikili oyun oynadığı şübhəsinə düşəcəklər. Nəticədə, Moskva öz etibarını daha da itirəcək və bundan sonra kiminsə ona inamı qalmayacaq. 

Çinin İran uğrunda ABŞ ilə münaqişəyə girişməsi inandırıcı deyil, Pekin Venesueladan ABŞ-yə qarşı istifadə etməyə çalışırdı və hətta bu ölkəyə 70 milyard dollar pul yatırmışdı, ancaq faydası olmadı. Pekin, İranın yanında olacağı barədə gurultulu bəyanatlar sələndirməsinə baxmayaraq, ABŞ ilə toqquşmağa cürət etməyəcək. ABŞ İranda rejim dəyişkiliyinə müvəffəq olarsa, Çinin Yaxın Şərqə müdaxilə imkanı sıfırlanacaq. Çin üçün əsas prioritet geostrateji məkan Uzaq Şərq və Hind-Sakit okean hövzəsidir. Ona görə də daxildə ictimai dayağı getdikcə laxlayan İran qlobal mübarizədə müttəfiqsiz qalacaq.

İrandakı ruhanilərin ən böyük tarixi səhvi onların dünyanın siyasi-iqtisadi modelinin necə və hansı prinsiplər əsasında qurulduğunu bilmədiklərindən irəli gəlir. Dini fanatizmlə yoğrulmuş İran rejimi ölkəni düşdüyü çox ağır və mürəkkəb vəziyyətdən xilas etməyə qadir deyil.

Vaqif NƏSİBOV

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Yanvar 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see209

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see206

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see186

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see176

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see159

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see153

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see132

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri