Icma.az
close
up
RU
ABŞ İran münasibətləri həssas mərhələdədir MÖVQE BİLDİRİLDİ

ABŞ İran münasibətləri həssas mərhələdədir MÖVQE BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Amerika Birləşmiş Ştatları ilə İran arasında əldə olunmuş müvəqqəti razılaşmanın nə dərəcədə dayanıqlı olacağı hələ də ciddi müzakirə mövzusudur. Çünki münaqişənin ilk günlərindən etibarən tərəflər arasında aparılan danışıqlar, qarşılıqlı ittihamlar, sərt bəyanatlar və hərbi müdaxilələr fonunda vəziyyətin tez-tez dəyişdiyinin şahidi olmuşuq".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, müxtəlif dövrlərdə ABŞ və İran arasında müəyyən razılaşmalar əldə edilsə də, bu razılaşmaların uzunmüddətli nəticə vermədiyi hallar da az olmayıb:

"Bir sıra dövlətlərin və beynəlxalq vasitəçilərin səyləri nəticəsində tərəflər dəfələrlə danışıqlar masasına əyləşiblər. Lakin sonrakı mərhələlərdə prosesin müxtəlif səbəblərdən pozulduğunu da müşahidə etmişik.

Xüsusilə İran tərəfindən irəli sürülən bəzi şərtlər və ABŞ-ın Tehrana qarşı irəli sürdüyü sərt tələblər tərəflər arasında gərginliyin davam etməsinə səbəb olub. Bu amillər müəyyən dövrlərdə prosesin yenidən hərbi qarşıdurma istiqamətinə yönəlməsinə şərait yaradıb.

Hazırkı müvəqqəti razılaşmanın gələcəkdə hərbi eskalasiya risklərini tam aradan qaldırdığını söyləmək hələ tezdir. Çünki tərəflər arasında etimad səviyyəsi kifayət qədər aşağıdır və siyasi bəyanatlarda zaman-zaman sərt ritorikanın davam etdiyini görürük. Xüsusilə ABŞ Prezidenti tərəfindən verilən bəzi açıqlamalar göstərir ki, tərəflər arasında bütün fikir ayrılıqları hələ də həll olunmayıb.

Bu məsələdə İsrailin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra belə, İsrail prosesə öz təhlükəsizlik maraqları prizmasından yanaşır. İsrail rəhbərliyi İranın regional fəaliyyəti və nüvə proqramı ilə bağlı narahatlıqlarını davamlı şəkildə ifadə edir. Bu səbəbdən regiondakı ümumi təhlükəsizlik mühiti hələ də tam sabit hesab edilə bilməz.

ABŞ və İran arasında əldə olunmuş müvəqqəti razılaşma gərginliyin müəyyən qədər azalmasına xidmət etsə də, regionda hərbi eskalasiya riskinin tam aradan qalxdığını demək mümkün deyil. Tərəflərin gələcək addımları, qarşılıqlı öhdəliklərə əməl olunması və regional aktorların mövqeyi bu prosesin taleyini müəyyən edən əsas amillər olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 İyun 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri