ABŞ İran münasibətlərində kritik dönəm: Trampdan diqqətçəkən açıqlamalar
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Tramp sosial media hesabında İranla davam edən danışıqlarla bağlı şərhlər verib.
Turkustan.az xəbər verir ki, Tramp bildirib ki, "İran həqiqətən də razılaşma əldə etmək istəyir və bu razılaşma həm ABŞ-a, həm də bizimlə işləyənlərə fayda verəcək".
Digər tərəfdən, Tramp Demokratların və bəzi Respublikaçıların prosesi daim tənqid etdiyini bildirərək, bəzən daha sürətli, bəzən isə daha yavaş hərəkət etməsi gözlənildiyini qeyd etdi. O, bu cür tələblərin və şərhlərin işini daha da çətinləşdirdiyini qeyd etdi, lakin hər şeyin yoluna düşəcəyini bildirdi.
Başqa bir paylaşımda Tramp CNN-in İrana təqdim edilən saziş layihəsində nüvə məsələlərinin yer almadığı iddialarını rədd edərək, layihə mətnində İranın nüvə silahına sahib olmayacağının açıq şəkildə göstərildiyini bildirib.
Tramp qeyd edib ki, saziş layihəsi nüvə məsələsinin müxtəlif aspektlərini çox güclü və ətraflı şəkildə əhatə edir və mətnin əhəmiyyətli bir hissəsi bu mövzuya həsr olunub.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:120
Bu xəbər 01 İyun 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















