ABŞ İran: Razılaşma 80 faiz hazırdır
Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lakin Pakistanlı mənbə “Əl-Cəzirə”yə bildirib ki, atəşkəsə nail olmaq üçün hələ çox iş görülməlidir. Bununla belə, İslamabad müsbət nəticəyə ümid edir.
ABŞ Prezidenti Donald Tramp isə “Axios”a müsahibəsində deyib ki, Amerika və İran nümayəndələri çox güman ki, bu həftəsonu görüşəcəklər: "İranlılar görüşmək, razılaşma əldə etmək istəyirlər. Düşünürəm ki, həftəsonu görüş keçiriləcək. Zənnimcə, növbəti bir-iki gün ərzində razılaşma əldə edəcəyik".
Daha əvvəl “Axios” müzakirə olunan razılaşmanın elementlərindən biri kimi ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatından imtina etməsi müqabilində dondurulmuş İran vəsaitlərindən 20 milyard dolları azad edəcəyini yazmışdı.
Donald Tramp ABŞ və İran rəsmilərinin İslam Respublikasından zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlarını deyir. “Xalqımız onu əldə etmək üçün iranlılarla birlikdə çalışacaq. Daha sonra isə onu ABŞ-yə gətirəcəyik”, – deyə Amerika lideri CBS-ə bildirib.
Prezident Donald Tramp tərəflər münaqişənin həlli ilə bağlı razılığa gəldikdən dərhal sonra ABŞ-nin İranın dəniz limanlarına tətbiq etdiyi blokadanın dayandırılacağına zəmanət verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:İran ABŞ la mümkün razılaşma ilə bağlı danışıqlara başlamağa hazırdır
16 Aprel 2025 13:02
“İran ABŞ ilə razılaşma istəyir” Tramp
30 Yanvar 2026 21:41
İran və ABŞ arasında yeni razılaşma
25 May 2026 14:05
İran xalqı ABŞ la razılaşma istəyir Mütəhhəri
08 Aprel 2025 17:42
Fidan: İran və ABŞ arasında razılaşma mümkündür”
20 Fevral 2026 13:44
Baxış sayı:80
Bu xəbər 18 Aprel 2026 10:30 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları