“Beynəlxalq Cinayət Məhkəməsi saxta və qanunsuzdur”
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“Beynəlxalq Cinayət Məhkəməsi saxta və qanunsuzdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio Federalist Cəmiyyəti tərəfindən təşkil olunan Milli Hüquqşünaslar Konqresində çıxışı zamanı deyib.
Rubio beynəlxalq hüququn qlobal elita tərəfindən ABŞ-yə qarşı siyasi təzyiq alətinə çevrildiyini bildirib. Prezident Donald Trampın məhkəməyə sanksiyalar tətbiq etmək qərarını müdafiə edən Dövlət katibi vurğulayıb ki, Vaşinqton heç vaxt BCM-nin yurisdiksiyasını tanımayıb, lakin bu qurum suveren dövlətlər üzərində səlahiyyət iddia edərək özünü beynəlxalq nizamın hakimi və icraçısı elan edib.
İran məsələsinə də toxunan Marko Rubio Tehranın Şimali Koreyadan fərqli olaraq ekspansionist siyasət yürütdüyünü və nüvə silahı əldə edəcəyi təqdirdə bütün regionu, eləcə də, ABŞ-ni girov saxlayacağını deyib.
Dövlət katibi əlavə edib ki, Vaşinqtonun Tehrana tətbiq etdiyi hazırkı iqtisadi təzyiqlər ölkəni o qədər zəiflədib ki, hərbi əməliyyatlara ehtiyac qalmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 14 Noyabr 2026 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















