ABŞ İranda 165 məktəbli qızın öldüyü hücumu ört basdır edir?
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Silahlı Qüvvələri İranda məktəbə endirilən zərbə zamanı istifadə edilmiş ola biləcək kəşfiyyat məlumatlarını indiyədək tam və standart prosedura uyğun şəkildə yoxlamayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadla məlumat yayıb.
Bildirilir ki, peyk görüntüləri də daxil olmaqla kəşfiyyat məlumatlarının tam paketi hələ də ətraflı təhlil edilməyib.
“Araşdırmanın bu mərhələsinin məqsədi hadisənin dəqiq necə baş verdiyini və zərbənin ümumi əməliyyatın gedişinə necə təsir etdiyini müəyyənləşdirməkdir. ABŞ-nin hərbi rəhbərliyi belə bir genişmiqyaslı yoxlamanın aparılması barədə göstəriş verməyib. Bunun əvəzinə yalnız ilkin qiymətləndirmə həyata keçirilib. Bu qiymətləndirmə isə hədəf seçilmiş obyektin vurulub-vurulmadığını və ona hansı həcmdə ziyan dəydiyini müəyyən etməyə yönəlib”, - telekanalın məlumatında deyilir.
Xatırladaq ki, daha əvvəl CNN ABŞ hərbi komandanlığının fevral ayında İranda bir sıra hədəflərə, o cümlədən Minab şəhərindəki qızlar məktəbinə zərbə endirilməsini təsdiqləməsi barədə məlumat yaymışdı.
Qeyd edək ki, bu il fevralın 28-də İran hakimiyyəti ABŞ və İsrailin Minab şəhərindəki qızlar üçün ibtidai məktəbə zərbə endirdiyini açıqlayıb. Rəsmi məlumata görə, hücum nəticəsində 175 nəfər həlak olub, onlardan 168-i məktəbli qız olub, daha 95 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
ABŞ Prezidenti Donald Tramp daha sonra hadisəyə görə İran Silahlı Qüvvələrini günahlandırsa da, bunu təsdiqləyən heç bir sübut təqdim etməyib.
İyulun 15-də “Fox News” telekanalına müsahibəsində Donald Tramp ABŞ-nin bu məsələ ilə bağlı apardığı araşdırmanın nəticələrinin böyük ehtimalla heç vaxt ictimaiyyətə açıqlanmayacağını bildirib.
Bu mövzuda digər xəbərlər:Kanada nüvə cinayətini ört basdır edir?
02 Oktyabr 2025 08:41
Rusiya uğurzusluğunu terrorla ört basdır edir Kallas
05 Oktyabr 2025 16:07
İranda qızlar məktəbinə hücumda 24 nəfərin öldüyü bildirilir
28 Fevral 2026 15:28
İranda həlak olan 165 uşaq anıldı FOTOLAR
24 Aprel 2026 18:02
8 yaşlı qızın öldüyü hadisənin Təfərrüatı
11 Sentyabr 2025 09:19
Baxış sayı:138
Bu xəbər 16 İyul 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















