Azərbaycan Surinamla ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan və Surinam ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, energetika, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.
525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Bununla bağlı müzakirələr azərbaycanlı nazir ilə Surinamın iqtisadi məsələlər, sahibkarlıq və texnoloji innovasiya naziri Endryu Baasaron arasında görüşdə aparılıb.
"Sahibkarlığın dəstəklənməsi, texnoloji innovasiyalar və rəqəmsal dövlət xidmətləri üzrə təcrübə mübadiləsi, işgüzar dairələr arasında tərəfdaşlığın təşviqi barədə fikir mübadiləsi apardıq", - M.Cabbarov qeyd edib.
Bu mövzuda digər xəbərlər:Azərbaycan Ruanda ilə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib
20 Dekabr 2024 16:19
Azərbaycan Türkiyənin sərhədyanı bölgələri ilə iqtisadi ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib
04 Dekabr 2025 13:10
Azərbaycan və Çili iqtisadi ticarət əlaqələrinin inkişafını müzakirə edib
12 Avqust 2026 15:05
Azərbaycan XİN başçısının müavini Surinamla əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb
06 Mart 2025 12:02
Surinamla ilk siyasi məsləhətləşmələr aparılıb
05 Mart 2025 11:01
Baxış sayı:130
Bu xəbər 06 Noyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















