Icma.az
close
up
RU
ABŞ İranı belə ağuşuna alıb: hücum gözlənilir XƏRİTƏ

ABŞ İranı belə ağuşuna alıb: hücum gözlənilir XƏRİTƏ

Icma.az bildirir, Modern.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp yaxın iki həftə ərzində ABŞ-nin İran və İsrail arasında gedən hava müharibəsinə birbaşa müdaxilə edib-etməmək barədə qərar verəcək.

Modern.az-ın məlumatına görə, hazırda ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğu ciddi şəkildə artırılır. Bölgədə bir çox ABŞ bazaları həm potensial hücumlar üçün istifadə oluna, həm də İran tərəfindən cavab zərbələrinin hədəfinə çevrilə bilər.

ABŞ rəsmilərinin bildirdiyinə görə, son günlərdə bəzi təyyarələr və gəmilər mümkün İran hücumlarından qorunmaq məqsədilə daha təhlükəsiz bazalara köçürülüb. Eyni zamanda, Qətərdəki ABŞ səfirliyi bölgədəki ən böyük ABŞ hərbi bazası olan Əl-Udeyd hava bazasına girişə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Qeyd edək ki, İran yaxınlığında ABŞ-nin bir çox hərbi bazaları mövcuddur. "Reuters"in hazırladığı aşağıdakı xəritədə bu bazaları görmək mümkündür.

Bundan başqa, ABŞ-nin bölgədə aşağıdakı hərbi obyektləri də mövcuddur:

"USS Nimitz": Yaxın Şərqə doğru hərəkət edir. Bu gəmidə 60-dan çox döyüş təyyarəsi yerləşdirilə bilər.

"USS Carl Vinson": Artıq bir müddətdir Ərəb dənizindədir və Husilərə qarşı əməliyyatları dəstəkləyir.

Diego Qarsiya (Çaqos adaları): Burada peyk görüntülərində B-52 bombardmançıları və digər döyüş təyyarələrinin yerləşdirildiyi müəyyən edilib.

Avropa bazaları: ABŞ bu həftənin əvvəlində Avropadakı bazalara 31-dən çox KC-135 və KC-46 yanacaq doldurma təyyarəsi göndərib.

Hazırda ABŞ, həmçinin Yaxın Şərqdə F-16, F-22 və F-35 tipli qırıcıların yerləşdirilməsini artırır və mövcud döyüş təyyarələrinin xidmət müddətini uzadır.

Ekspertlərin fikrincə, İsrailin İranın nüvə obyektlərinə qarşı apardığı hava kampaniyasında ABŞ-niniştirakı olmadan dərin yeraltı obyektləri tam məhv etmək çətin olacaq. Ən əsas hədəflərdən biri Fordo nüvə obyektidir, burada dağ altında 80-100 metr dərinlikdə yerləşir və ancaq ABŞ-ın "GBU-57 Massive Ordnance Penetrator" tipli super ağır bombaları ilə zərbə endirmək mümkündür.

Hazırda B-2 "Spirit" tipli strateji bombardmançıların bölgəyə göndərilməsi ehtimalı da gündəmdədir. Bu təyyarələr ABŞ ərazisindən birbaşa uçuş edərək regiondakı dərin yeraltı hədəfləri vura biləcək gücə malikdir.

Təhlükəsizlik üzrə eksperti Andreas Kriq qeyd edib ki, ABŞ-ın ən ağır bombaları belə İranın ən dərin obyektlərini tam məhv etməkdə çətinlik çəkə bilər və yerüstü xüsusi təyinatlı qüvvələrin iştirakı da tələb oluna bilər.

Hazırkı hərbi hazırlıqlar fonunda regionda gərginliyin daha da artması və qarşıdakı həftələrdə yeni mərhələyə keçməsi gözlənilir.

Modern Təhlil və Araşdırma Qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyun 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri