Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Rusiyanın Omsk şəhərində 20 yaşlı tələbənin amansızlıqla qətlə yetirilməsində ittiham olunan 6 nəfərdən ikisinin cinsini dəyişdiyi məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi regionun istintaq orqanlarındakı mənbəyə istinadən xəbər verib.
Mənbənin verdiyi məlumata görə, sözügedən iki şəxs pasportda cinslərini qadın olaraq dəyişdirib və müntəzəm olaraq hormon dərmanları qəbul ediblər.
Daha əvvəl istintaq tərəfindən cinayətdə təqsirləndirilən 20-25 yaş aralığında olan 6 nəfər haqqında məhkəmə-psixiologiya ekspertizasının təyin edildiyi bildirilmişdi.
Dəhşətli qətlin təfərrüatlarına gəlincə...
İyunun 20-də üç gənc oğlan və üç qız dəyərli bir əşyanı təhvil vermək bəhanəsi ilə tələbə tanışlarını tərk edilmiş tikiliyə aldadaraq gətiriblər. Orada zərərçəkənin əl-ayağını bağlayan cinayətkarlar onu kimsəsiz bir sahəyə apararaq çoxsaylı bıçaq zərbələri endiriblər. Gənc aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 24 Oktyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















