Icma.az
close
up
RU
ABŞ İranı BU HƏFTƏ vuracaq? Cəlalzadə Bakıya niyə gəlmişdi...

ABŞ İranı BU HƏFTƏ vuracaq? Cəlalzadə Bakıya niyə gəlmişdi...

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ və İran bir-birinin ünvanına hədə və təhdidləri davam etdirir. Lakin hələlik hərbi toqquşmadan qaçmaq mümkün olur. Ancaq nə vaxta kimi?
“Əgər ABŞ bizə hücum etsə, 500 Amerika əsgərini öldürəcəyik”.
“Azad İran” xəbər verib ki, bu fikirləri Tehran Universitetinin Amerikaşünaslıq kafedrasının dosenti, eyni zamanda İran Dövlət Televiziyasının beynəlxalq məsələlər üzrə eksperti Fuad İzədi müsahibəsində səsləndirib.

Hərbi komandirlərin öldürülmüş həmkarlarının qisasını almağa hazır olduqlarını vurğulayan İzədi bildirib: “Bu dəfə İran şəhidlərinin qisasını ciddi və dəqiq cavabla almaq, ən azı 500 Amerika əsgərini hədəf almaq əzmindədir. Əgər ABŞ kəşfiyyat orqanları İrana hücumun ciddi insan itkiləri ilə nəticələnməyəcəyini düşünərsə, hücum qaçılmaz olacaq. Lakin onların hesablamaları insan itkilərinin yüksək olacağını göstərərsə, hücumdan imtina ediləcək”.

“Azad İran” ABŞ rəsmilərinə istinadla həmçinin xəbər yayıb ki, Vaşinqton və Tehran arasında Yaxın Şərqdə gərginliyin artması fonunda Amerika bölgəyə əlavə hava hücumundan müdafiə sistemləri köçürməyə hazırlaşır. Rəsmilərin sözlərinə görə, plan çərçivəsində bölgəyə əlavə MIM-104 “Patriot” zenit-raket batareyaları və THAAD (Terminal High Altitude Area Defense) ballistik raket əleyhinə müdafiə sistemləri yerləşdiriləcək. Bu sistemlərin əsas məqsədi ABŞ qüvvələrini və müttəfiqlərini mümkün raket və pilotsuz uçuş aparatları hücumlarından qorumaqdır.

Qeyd edək ki, ötən həftəsonu İranını xarici işlər nazirinin müavini Vəhid Cəlalzadə Baklıda olub. Yüksək səviyyəli bir sıra rəsmilərlə, o cümlədən Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşlər keçirib. Cəlalzadə Bakıda deyib ki, “ABŞ İrana hücum edərsə, müharibə sərhədlərini aşacaq”.
Analitik Elxan Şahinoğlu isə iranlı diplomatın bu sözlərini həm də Azərbaycana və digər qonşu ölkələrə qarşı təhdid kimi qiymətləndirib.
Artıq Tramp ABŞ hərb gəmilərinin İrana yaxınlaşdığını bildirib. Tehranda rejimin vurulması ehtimalının aktual olduğu bir vaxtda iranlı nazir müavini Bakıya niyə gəlmişdi? Azərbaycan ABŞ və İsrail kimi tərəfdaşları ilə İrana hərbi müdaxilə fikrini daşınmağı müzakirə edə bilərmi? Bu həftə toqquşma real müstəviyə keçə bilərmi, yoxsa bu bir əsəb savaşıdır?

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, İran rəsmiləri hər zaman deyirlər ki, ABŞ İrana zərbə vurarsa, İran da Amerikanın bölgədəki hərbi bazalarına zərbələr endirəcək: “ABŞ-ın Azərbaycanda hərbi bazası yoxdur, ancaq iki ölkə arasında tərəfdaşlıq münasibətləri formalaşıb. Azərbaycan qonşu ölkədə sabitlikdə maraqlıdır. Ancaq iranlı diplomatın sözlərindən belə çıxır ki, İranda müharibə nəticəsində sabitlik pozularsa, Tehran qonşu ölkələrə problem yaradacaq. Bu açıq-aşkar təhdiddir.
İranlı diplomat bunun ardınca “bəzi region ölkələrinin bunu başa düşdüyünü və bu təhlükə haqda ABŞ rəhbərliyini xəbərdar etdiyini bildirib” ifadəsini işlədib. ABŞ Prezidenti Donald Trampı İrana zərbə vurmaqdan çəkindirməyə çalışan 4 dövlət – Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Oman olub”.

Onun fikrincə, ABŞ Prezidenti Donald Tramp bu haqda suala cavab verərkən, İrana zərbə endirməmək qərarını öz mülahizələrinə görə ertələdiyini deyib: “İranlı diplomat bölgə ölkələrinin ABŞ Prezidentinin qərarına təsir etdiyini və bu amilin müharibə təhlükəsini sovuşdurduğunu vurğulasa da, Ağ Ev sahibinin təlimatıyla Amerikanın bir neçə hərbi gəmisi İran sahillərinə yaxınlaşıb. Yəni İranla bağlı təhlükə hələ sovuşmayıb”.

Siyasi təhlilçi Asif Nərimanlının müşahidəsinə görə, İrana hərbi müdaxilə ehtimalı hələ də yüksək səviyyədədir: “Tramp Davosdan qayıdarkən hücum planının aktual olduğunu vurğuladı; ABŞ-ın zərbə qruplarını daşıyan “Abraham Lincoln” gəmisi ilə yanaşı, ən azı altı “C-17A Globemaster III” hərbi-nəqliyyat təyyarəsini Yaxın Şərqə göndərdiyi haqda məlumat yayılıb, növbəti ay ərzində 24 saat hazırlıq əmrinin verildiyi CENTCOM rəhbəri isə İsrail ordusunun baş qərargah rəisi ilə görüşüb; İsrail mediası bu həftə İrana hücum hazırlığında həlledici dövr olduğunu yazır; “İsrail Hayom” nəşri ABŞ-ın İranda Xamenei də daxil olmaqla potensial hədəflərini açıqlayıb. Bunun fonunda Türkiyənin İranda mümkün müharibəyə hazırlığı haqda yayılan məlumatlar diqqət çəkir. Məlumatlara görə, müharibə olacağı təqdirdə Türkiyə miqrantların mümkün qədər İran ərazisində saxlanılması məqsədilə sərhəddə “bufer zona” yaratmağı planlaşdırır. Xarici İşlər Nazirliyinin parlamentin Xarici Əlaqələr Komissiyasına təqdim etdiyi məxfi hesabatda A, B və C olmaqla üç planın hazırlandığı deyilir”.

Ekspertə görə, 12 günlük müharibə və son etirazlar zamanı İrandan Türkiyəyə axının olması fonunda Ankaranın hazırlıq planı anlaşılandır. Hadisələrin mümkün inkişafı Azərbaycanın da analoji vəziyyətə hazırlığı zərurətini yaradır: “Hərçənd, bir tərəfdə güneylilərin təhlükəsizliyi, digər tərəfdə qaçqın axının yarada biləcəyi humanitar problemlər Bakını dilemma ilə üz-üzə qoya bilər. Həm soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, həm də humanitar problemin minimal həddə saxlanılmasının iki mümkün yolu görünür. Birincisi, genişmiqyaslı müharibə olacağı təqdirdə sərhəddə “bufer zona”nın yaradılması və soydaşlarımızın qarşılaşa biləcəyi humanitar problemlərinin həllinə yardım etmək; ikincisi, ABŞ və İsraili Güney Azərbaycan şəhərlərini hədəfə almamasına, xüsusilə mülki əhaliyə təhlükə yaradacaq addımların atılmamasına razı salmaq: 12 günlük müharibədə Bakının soydaşlarımızın təhlükəsizliyi ilə bağlı Təl-Əvivdən xahiş etdiyi haqda məlumatlar vardı; soydaşlarımızın təhlükəsizliyinin maksimum təmin edilməsi şərtilə güneyi tərk etməməsi mümkün müharibədən sonra İranın ehtimal olunan gələcəyində yer almaları və öz maraqlarını təmin etməsi baxımından da əhəmiyyətlidir”. /musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Yanvar 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri