Icma.az
close
up
RU
ABŞ İranın 6 milyard dollarını qaytarır

ABŞ İranın 6 milyard dollarını qaytarır

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın dondurulmuş 6 milyard dollar vəsaiti Tehrana qaytarılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.
Prezident bazar ertəsi açıqlayıb ki, İranın dondurulmuş 6 milyard dollar həcmində aktivləri azad edilərək Qətər vasitəsilə ölkəyə qaytarılacaq. O, həmçinin bildirib ki, sülh sazişi çərçivəsində neft və neft-kimya sektoruna qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılıb. Pezeşkian bunu İran xalqı üçün “böyük qələbə” adlandırıb.

Qum şəhərinə səfəri zamanı ayətullah Şübeyri Zəncani ilə görüşdə çıxış edən prezident qeyd edib ki, azad ediləcək 6 milyard dollar Qətərdə saxlanılan ümumilikdə 12 milyard dollarlıq İran vəsaitinin bir hissəsidir. Qalan məbləğin də geri qaytarılması istiqamətində iş aparılır. Bu vəsaitlərin azad olunması və sanksiyaların ləğvi İsveçrədə keçirilən danışıqlar və İslamabad Memorandumu çərçivəsində əldə edilmiş razılaşmanın tərkib hissəsi olub.

Pezeşkian müharibə dövründə İran xalqının nümayiş etdirdiyi dözümlülüyü yüksək qiymətləndirib. O bildirib ki, rəhbərin, nazirlərin, komandirlərin, ziyalıların və hətta məktəblilərin qətlə yetirilməsinə baxmayaraq, xalq, silahlı qüvvələr və hökumət ölkəni qorumaq üçün birlik nümayiş etdiriblər. Onun sözlərinə görə, ABŞ və İsrail İranı sabitsizləşdirmək üçün bütün imkanlarını səfərbər etmiş, iqtisadi təzyiqlərin ölkənin çökməsinə səbəb olacağını düşünmüşdülər, lakin xalqın müqaviməti və ilahi dəstək bu planları puça çıxarıb.

Prezident bir daha vurğulayıb ki, İran nüvə silahı əldə etmək niyyətində deyil. O qeyd edib ki, bu mövqe mərhum ali rəhbər Əli Xamenei tərəfindən də açıq şəkildə ifadə olunmuşdu və hələ də qüvvədədir.

Pezeşkian həmçinin bildirib ki, hökumət artıq müharibədən sonrakı bərpa işlərinin planlaşdırılmasına başlayıb və əhalinin dəstəklənməsi məqsədilə bir sıra tədbirlər həyata keçirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 İyun 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri