Icma.az
close
up
RU
“ABŞ İranla birbaşa müharibədən yayınmağa çalışsa da, İsraili tam cilovlamaq imkanına malik deyil...”

“ABŞ İranla birbaşa müharibədən yayınmağa çalışsa da, İsraili tam cilovlamaq imkanına malik deyil...”

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İran son illərin ən gərgin böhranlarından birini yaşayır. Tehran xaricdən gələ biləcək təhlükələrə qarşı hazırlıq görsə də, onun effektiv cavab və ya genişmiqyaslı qisas imkanları məhduddur...”

“Mövcud vəziyyət göstərir ki, dünya nə geniş miqyasda bir müharibəyə hazırdır, nə də sülhü təmin edəcək effektiv mexanizmlərə malikdir...”

“Son həftələr İranda müşahidə olunan proseslər bir neçə paralel tendensiyanı aydın şəkildə üzə çıxarır. Birinci tendensiya daxili gərginliyin davamlı xarakter daşıması ilə bağlıdır. Müşahidələr göstərir ki, iqtisadi böhran, sanksiyaların dərinləşən təsiri, sosial narazılıqlar və legitimlik problemi hələ də rejimin əsas zəif xüsusiyyətləri olaraq qalır. Hakimiyyət bu gərgin vəziyyəti əsasən sərt təhlükəsizlik tədbirləri vasitəsilə idarə etməyə çalışır. Lakin bu yanaşma çox vaxt plansız, hətta reflektiv xarakter daşıyır ki, bu da zorakılığın artmasına və ağır insan itkilərinə səbəb olur. Belə bir siyasət qısa müddətdə rejimə müəyyən fayda verə bilər, lakin uzunmüddətli perspektivdə onun əleyhinə işləyəcək.”

ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli bu fikirləri Moderator.az-a açıqlamasında “İranda son həftələr baş verən proses və hadisələr barədə gəldiyiniz nəticələr nədən ibarətdir?” sualını cavablandırarkən dilə gətirib.

“İkinci tendensiya xarici təzyiqlərin güclənməsi ilə əlaqədardır. ABŞ və İsrailin İrana qarşı ritorikası əvvəlcə nisbətən yumşaldı, daha sonra isə yenidən sərtləşdi. Artıq Tehran üçün nüvə proqramı ətrafında diplomatik manevr imkanları əhəmiyyətli dərəcədə daralıb. Bu isə İranın beynəlxalq mühitdə hərəkət azadlığını daha da məhdudlaşdırır. Bir sözlə, İran üçün siyasi və diplomatik dairə getdikcə daralır.

Üçüncü əsas məqam regional aktivliklə bağlıdır. Tehran daxili zəifliklərini kompensasiya etmək məqsədilə regionda, xüsusilə Yaxın Şərqdə təsir imkanlarını qorumağa və nümayiş etdirməyə çalışır. Bu strategiya əsasən proksi qüvvələr üzərindən həyata keçirilir və Livan, Suriya, və İraq kimi həssas bölgələrdə gərginliyin davam etməsinə zəmin yaradır. Lakin İranın bu bölgələrdəki təsiri son iki ildə əhəmiyyətli dərəcədə azalıb. Bu səbəbdən Tehran üçün həmin ərazilərə əlavə resurs və enerji sərf etməklə müsbət nəticə əldə etmək ehtimalı demək olar ki, yoxdur”, - deyə davamında alim diqqətə şatdırıb.

“Ümumi mənzərə onu göstərir ki, İran son dövrlərdə nə daxildə sabitliyə nail ola bilib, nə də xaricdən gələn təzyiqləri azaltmağa müvəffəq olub. Bu vəziyyət ölkə üçün riskli və gərgin mühitin davam etməsi deməkdir. Bir sözlə, İran son illərin ən gərgin böhranlarından birini yaşayır. Tehran xaricdən gələ biləcək təhlükələrə qarşı hazırlıq görsə də, onun effektiv cavab və ya genişmiqyaslı qisas imkanları məhduddur”, - Əli Əskərli belə deyib.

“Sizcə, ABŞ və İsrailin İrana qarşı növbəti genişmiqyaslı hücumu ehtimalı nə qədərdir və əgər bu hücum həyata keçirilərsə, region və dünya üçün hansı nəticələrə gətirib çıxara bilər?” sualına isə professor belə cavab verib:

“ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hərbi hücum ehtimalı və bunun mümkün nəticələri ilə bağlı bir sıra mülahizələr irəli sürmək olar. İlk növbədə qeyd etmək lazımdır ki, qısa müddətdə tammiqyaslı müharibənin başlanacağına dair qəti proqnoz vermək çətindir. Bununla belə, məhdud hava zərbələri, kəşfiyyat-diversiya əməliyyatları, kiber-hücumlar və proksi-qüvvələr vasitəsilə təzyiqin artırılması real və ehtimal olunan ssenarilər sırasında qalır. İsrail üçün İranın nüvə potensialı “qırmızı xətt” olaraq qalır, ABŞ isə birbaşa müharibədən yayınmağa çalışsa da, İsraili tam şəkildə cilovlamaq imkanına malik deyil. Başqa sözlə, İsrail İran məsələsini ABŞ üçün faktiki məcburiyyətə çevirməyə çalışır və bu kontekstdə Vaşinqtonun öz müdaxiləsini hansı həddə məhdudlaşdıracağı həlledici əhəmiyyət kəsb edir.

Əgər genişmiqyaslı hücum baş verərsə, bunun nəticələri region üçün son dərəcə ağır ola bilər. Belə bir ssenari Yaxın Şərqdə genişmiqyaslı müharibə riskini artırar, Hörmüz boğazının bağlanması ehtimalını yüksəldər və bu da neft və qaz qiymətlərində kəskin artıma səbəb olar. Eyni zamanda, nisbətən aşağı ehtimalla da olsa, Livan, Suriya, və İraq kimi bölgələrdə paralel eskalasiya baş verə bilər. Əgər total müharibə başlayar və ciddi, irimiqyaslı hücumlar həyata keçirilərsə, İranın qonşu ölkələri də ağır humanitar və iqtisadi böhranlarla üzləşə bilər. Məsələn, dövlətlərarası ticarət həcmi kəskin şəkildə azalar ve qaçqın problemi yaranar...”

“Genişmiqyaslı müharibənin qlobal nəticələri də son dərəcə ciddi ola bilər. Belə bir qarşıdurma qlobal enerji və ticarət zəncirlərində ciddi pozuntular yaradar, ABŞ – Çin – Rusiya xətti üzrə geo-siyasi rəqabəti daha da dərinləşdirər. Mövcud qeyri-müəyyən beynəlxalq şəraitdə bu proses beynəlxalq hüququn və mövcud təhlükəsizlik mexanizmlərinin daha da zəifləməsinə gətirib çıxara bilər. Hətta genişmiqyaslı müharibə hazırda parçalanmaqda olan beynəlxalq münasibətlər sisteminin faktiki sonunun gəlməsini sürətləndirə bilər.

Nəticə etibarilə, mövcud vəziyyət göstərir ki, dünya nə geniş miqyasda bir müharibəyə hazırdır, nə də sülhü təmin edəcək effektiv mexanizmlərə malikdir. İran məsələsi artıq yalnız nüvə proqramı çərçivəsində izah edilə bilməz; bu problem eyni zamanda beynəlxalq sistemin dərin struktur böhranının bir təzahürünə çevrilib. Ən təhlükəli məqam isə tərəflərin rasional hesablamadan daha çox güc və qorxu üzərindən qərar verməsidir”, - Əli Əskərli vurğulayıb.

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Yanvar 2026 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri