ABŞ İranla danışıqlar aparır Tramp
Modern.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqton administrasiyasının İranla danışıqlar apardığını açıqlayıb.
Modern.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
"Biz onlarla danışıqlar aparırıq", – deyə Ağ Evin rəhbəri bildirib.
Onun sözlərinə görə, İran ABŞ ilə danışıqlara indiyədək olduğundan daha ciddi yanaşır.
Bununla yanaşı, Tramp İrana qarşı genişmiqyaslı zərbələrin endirilməsi ilə bağlı hələ yekun qərar vermədiyini də vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 8-də bəyan etmişdi ki, iyunun 18-nə keçən gecə İranla əldə olunmuş atəşkəs razılaşması artıq qüvvədə deyil. Bundan sonra ABŞ hərbçiləri İrana qarşı bir neçə hücum həyata keçirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bu əməliyyatların Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı İranın hərəkətlərinə cavab olaraq həyata keçirildiyini iddia edib.
İran isə cavab olaraq Yaxın Şərqin bir sıra ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb. Tehran eyni zamanda Vaşinqtonu hərbi əməliyyatların dayandırılması barədə memorandumun şərtlərini pozmaqda ittiham edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 25 İyul 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















