ABŞ də dəniz məhsulları istehsalı zavodunda ammonyak çəni partlayıb
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin Oreqon ştatının Nyuport şəhərindəki "Pacific Seafood" dəniz məhsulları istehsalı zavodunda ammonyak çənində partlayış baş verib.
KLCC xəbər verir ki, hadisə nəticəsində binanın damı qismən çöküb və zəhərli ammonyak sızması təhlükəsi yaranıb.
Rəsmilər zavodun təxminən 1,6 km radiusunda olan sakinlərin və müəssisə əməkdaşlarının təxliyəsini elan ediblər.
Yanğın bazar günü başlayıb. Yanğın barədə məlumat yerli vaxtla 08:51-də daxil olub. Söndürmə işlərinə 40-a yaxın yanğınsöndürən və təhlükəli maddələrlə iş üzrə mütəxəssis cəlb edilib. Polis şəhərin sahilyanı hissəsinə girişləri bağlayıb.
Nəşrin məlumatına görə, tüstü və qoxu bütün Nyuport boyu yayılıb. Vəziyyətin pisləşməsi səbəbindən təxliyə mərkəzi Sem Keys ibtidai məktəbindən lüteran kilsəsinə köçürülüb.
Bundan başqa, təxliyə Nyuport limanının obyektlərini, Yakina körfəzinin cənub sahilindəki düşərgəni və yaxta limanını da əhatə edib.
Rəsmilər həmçinin Hetfild Dəniz Elmi Mərkəzini və şəhər sahilindən şimala doğru bir sıra müəssisələri bağlayıblar.
///report///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 26 Oktyabr 2026 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















