ABŞ İraqdan sərhəd keçid məntəqələrini bağlamasını istəyib
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib.
AZXEBER.COM xəbər verir ki, məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb.
Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırsa da, rəsmi Tehranın İraqın daxili işlərinə müdaxiləsini qəbul etmir.
İraqın xarici işlər naziri Fuad Muhamməd Hüseyn bəyan edib ki, xarici tərəflərin ölkə ərazisindən qonşu dövlətlərə hücumlar üçün istifadə etməsi barədə məlumatları da var.
İraqdakı qruplaşmaların silahlanması məsələsinə gəlincə, o, Tehranla əlaqələrin mövcudluğunu və "Nucəba" hərəkatı və "Kətaib Hizbullah" ilə danışıqların davam etdiyini bildirib. Nazirin sözlərinə görə, "Əsaib Əhl əl-Haqq" və "Kətaib Seyyid əş-Şühəda"nın silahlarına nəzarət etməyə razılaşdırılıb.
Baxış sayı:87
Bu xəbər 07 Noyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















