Icma.az
close
up
RU
ABŞ İsrail birliyi dağılır?

ABŞ İsrail birliyi dağılır?

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Səfrilik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdən çıxdıqları zaman atəşə tutulublar.İsrail səfirliyinin sözçüsü bildirib ki, həlak olan şəxslər yaxın məsafədən güllələnib. Bu hadisə son zamanlar iki dövlət arasında onsuzda gərgin olan münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər. Belə ki, bir müddət əvvəl “The Times” qəzeti ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahu ilə münasibətlərdə səbrini itirməyə başlayıb. Münasibətlərin kəskinləşməsinin əsas səbəbi Trampın ritorikası da meydana gələn dəyişiklikdir. Ağ ev rəhbəri hakimiyyətinin əvvəlkində hər nə qədər İran və Yəməndəki husiləri tənqid etsə də, daha sonradan Omanda İranla danışıqları bərpa etdi, husilərlə isə razılığa gəlindi. İsrailin Trampdan gözlədiyi isə tamam əks mövqeyi idi. Ancaq ABŞ onun dövründə İranla daha da yaxınlaşmaq siyasətini seçdi. Omanda aparılan danışıqlarla bağlı hər iki tərəfdən verilən müsbət mesajlar münasibətlərin düzəlmə mərhələsində olduğunu göstərir. Eyni zamanda İsrail Yaxın Şərqdə də özünə ciddi problem yaradan husilərlə mübarizə üçün ABŞ - ın dəstəyinə ümid bağlayırdı. Aydındır ki, husiləri bitirmək üçün Yəməndə quru əməliyyatının həyata keçirilməsi şərtdir. İsrailin bu əməliyyatı tək başına həyata keçirəcək gücü yoxdur. Tramp ilk öncə Netenyahunun bu istəyinə müsbət baxsa da daha sonra husilərlə anlaşma yolunu seçdi. Qeyd etmək yerinə düşər ki, iki liderin münasibətləri Trampın 2016 - 2020 - ci illərdəki hakimiyyəti dövründə olduqca müsbət idi. Ancaq 2020 - ci il seçkilərində Benyamin Netanyahunun Donald Trampın rəqibi Co Baydeni seçkidə qalib gəlməsi münasibəti ilə təbrik etməsi münasibətlərdə soyuqluğun əsasını qoydu. Bundan sonra Tramp bir neçə dəfə Netenyahunun siyasətini tənqid edib. Son zamanlar İsrailin Qəzza bölgəsinin humanitar blokadaya alması ABŞ - də qəzəblə qarşılanıb. "Axios” portalı mayın 19-da amerikan mənbələrə istinadən bildirmişdi ki, ABŞ vitse-prezidenti Cey Di Vens İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatın miqyasını genişləndirdikdən sonra bu həftə İsrailə planlaşdırılmış səfərini ləğv edib. Vaşinqtondan gələn bu davranış Tel - Əviv - də qəzələblə qarşılanmışdı. Trampın ərəb ölkələri yaxınlaşması, İranla aparılan danışırlar və husilərlə barışıq siyasəti münasibətlərin bir müddət daha gərgin keçəcəyini göstərir. Bu hadisələrin fonunda ABŞ - da yəhudi diplomatların öldürülməsi iki ölkənin münasibətlərinin pozulmasında kənar qüvvələrin maraqlı olduğunu göstərir.
Zeynal Əmrəliyev, politoloq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:723
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 May 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see263

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see262

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see241

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see233

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see230

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see224

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see221

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see220

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see206

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see203

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see197

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see193

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see186

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see183

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see182

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see175

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see174

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see168

Elm sərhədləri aşır: Bakı beynəlxalq tibb dünyasını bir araya gətirəcək

02 Oktyabr 2026 21:47see157

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri