Icma.az
close
up
RU
“ABŞ VƏ İSRAİL İRANDAKI REJİMİ ƏL BiRLİYİ İLƏ QORUYURLAR” “İsrail bu proseslərdə zəiflədi, İran rejimi isə...”

“ABŞ VƏ İSRAİL İRANDAKI REJİMİ ƏL BiRLİYİ İLƏ QORUYURLAR” “İsrail bu proseslərdə zəiflədi, İran rejimi isə...”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xaləddin İbrahimli: “Quzey Azərbaycana qarşı açıq və gizli düşmənçilik siyasəti davam edəcək”

Professor Xaləddin İbrahimli “AzPolitika”ya müsahibəsində İsrail–İran arasında atəşkəs razılaşması, bundan sonra regionda və İran daxilində gözlənilən proseslərlə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:

-Xaləddin müəllim, İran və İsrail arasında ABŞ-nin vasitəçiliyi ilə atəşkəs razılaşması əldə olunub. Bundan əvvəl Amerika İranın nüvə obyektlərini bombaladı, İran isə dünən gecə Yaxın Şərqdəki ölkələrdə yerləşən ABŞ bazalarına raketlər atıb. Tramp da bildirdi ki, İran əvvəldən xəbərdarlıq etmişdi, sağ olsunlar. Bu mənzərəni necə şərh edirsiniz?

-Bu, gözlənilən sonuc idi. Hərbi qarşıdurmanın təxminən iki həftə sürəcəyi nəzərdə tutulmuşdu. İsrail və ABŞ İranın nüvə potensialına ciddi zərbə vurdu, ancaq ortadan qaldıra bilmədi. İşə yenidən davam etmək üçün İrana xeyli vaxt lazım olacaq. Qarşıdurmanın məqsədi də bu idi. Çünki İranı illərdən bəri nüvə proqramını durdurmağa məcbur edə bilmədilər. İsrail və ABŞ ilə İran arasında tək problem budur.

-Atəşkəsin uzun müddət qalacağına inanırsınızmı, yoxsa yenidən hərbi toqquşmalar baş verə bilər?

-Atəşkəs qalıcı olacaq və danışıqlar başlayacaq. ABŞ və İsrail İranı nüvə proqramından vaz keçirməyə çalışacaq, əvəzində dəstək və embarqoların ortadan qaldırılmasını vəd edəcək. İranla nə ABŞ, nə də İsrailin heç bir başqa dərdi yoxdur. Rejimi əl birliyi ilə qoruyurlar. Yox, əgər İran inad edərək nüvə proqramına davam etsə, təkrar zərbələrə məruz qalacaq. Ona atom silahına sahib olmasına izin verilməyəcək.

-Hadisələr Yaxın Şərqin siyasi, geosiyasi mənzərəsinə necə təsir edə bilər?

-Yaxın Şərqdə əvvəlki proseslər davam edəcək. Ancaq İsrail zəiflədi. Buna görə də proses ertələnə və ya tam zəifləyə bilər. Bölgənin yenidən siyasi şəkillənməsi gündəmdən çıxmayıb və çıxmayacaq. Türkiyə üçün təhdidlər gündəmdədir.

-İranın daxilində nələr baş verə bilər? Rejimə qarşı kütləvi etirazlar gözləyirsinizmi? Ümumiyyətlə, perspektivdə irandaxili hadisələr hansı istiqamətdə cərəyan edə bilər? İran Azərbaycanla münasibətləri bundan sonra necə olacaq?

-Rejim bu savaşdan psixoloji olaraq güclənib çıxdı. Xalqın həmrəyliyinə nail ola bildilər. Bu işi bacardılar. İçəridə əvvəlkindən də güclü sakitlik olacaq. İran rəhbərliyi  yenə zəfər çaldıqlarını təbliğ edəcək, İranın qüdrətindən danışacaqlar, xalq da feyziyab olacaq. Quzey Azərbaycana qarşı açıq və gizli düşmənçilik siyasəti davam edəcək.

-Güneylilərin bu toqquşmalardan çıxarmalı olduqları nəticə nədir?

-Fars şovinist zehniyyəti hər zaman Azərbaycan türklərinin həyatı üçün təhdiddir. Öncə İraqla savaş, indi ABŞ və İsraillə qarşıdurma... Sabah daha kiminlə savaşa sürüklənəcəklər, heç kəs bilmir. Ona görə də papaqlarını qarşılarına qoyub fikirləşsinlər. Öz talelərinə özləri sahib olmağa çalışsınlar. Böyük bir xalq özündən kiçik, lakin məkrli bir xalqın əlində alət olub, Tehran rejimi soydaşlarımızı öz çirkin əməllərinə ortaq edib. Bunun bir sonu olmalıdır.

E. Rüstəmi
AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 İyun 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri