Icma.az
close
up
RU
ABŞ İsrail İran qarşıdurması dünya mediasının gözü ilə

ABŞ İsrail İran qarşıdurması dünya mediasının gözü ilə

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İndi də maliyyə strukturları hədəfə alınır

Yaxın Şərqdə cərəyan edən hadisələr dünya mediasının diqqət mərkəzindədir. Biz nüfuzlu informasiya mənbələrinə istinad etməklə 11-12 mart tarixində Yaxın Şərqdə baş verən hadisələri və son vəziyyəti oxucuların diqqətinə çatdırırıq.

“Mehr” agentliyi: İran bankına edilən hücumdan sonra rəsmi Tehran regionda ABŞ və İsraillə əlaqəli olan maliyyə strukturlarını hədəfə alacaq. Bunu İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari deyib. Sözçü region sakinlərinə banklardan uzaq durmaları barədə xəbərdarlıq edib: “Uğursuz kampaniyalarından sonra terrorçu ABŞ ordusu və qəddar sionist rejim (İsrail) ölkənin banklarından birini hədəfə alıb. Bu qeyri-qanuni və görünməmiş addımla düşmən bizi regionda ABŞ və sionist rejimlə əlaqəli iqtisadi mərkəzləri və bankları hədəf almağa məcbur edir”.

“The Guardian”: Tailandın "Mayuree Naree" gəmisi Hörmüz boğazında hücuma məruz qalıb. Nəticədə gəmidə partlayış, ardınca yanğın baş verib. Bildirilib ki, hazırda ekipajın 20 üzvü xilas edilib, üç dənizçi itkin düşüb. Ekipaj Oman hərbi dəniz donanması tərəfindən xilas edilib. Nəşrin məlumatına görə, ümumilikdə, Yaxın Şərqdə hərbi əməliyyatlar başlayandan hücuma məruz qalan gəmilərin sayı 14-ə çatıb.

“Reuters”: Avropa İttifaqı (Aİ) İranın 19 rəsmi şəxsi və təşkilatına qarşı sanksiya tətbiq edib. Bunu qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib. O qeyd edib ki, sanksiyalar insan hüquqlarının pozulması ilə əlaqədar tətbiq olunur.

“CNN”: Körfəzdə iki xarici yanacaq tankeri partlayıb. Hadisə nəticəsində bir nəfər ölüb, 38 nəfər xilas edilib. İraqın Umm Qəsr limanı yaxınlığında baş verən insidentə İran qayıqları tərəfindən yerləşdirilmiş partlayıcıların səbəb olduğu düşünülür. İraq rəsmiləri əlavə edib ki, hücumdan sonra limanlarda əməliyyatlar dayandırılıb.

“Forbes”: ABŞ indiyə qədər İrana qarşı əməliyyatlarda 5,5 mindən çox hədəfi vurub. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper bildirib: “Bu günə qədər biz İran daxilində 5,5 mindən çox hədəfi, o cümlədən 60-dan çox gəmini vurmuşuq”. Onun sözlərinə görə, ABŞ "Suleymani" sinfinə məxsus dörd raket gəmisini də məhv edib.

“Al Jazeera”: İranın Fars körfəzinin ərəb ölkələrinə hücumları region dövlətləri ilə münasibətlərə ciddi zərbə vurur. Bu barədə Qətərin Xarici İşlər Nazirliyinin (XİN) dövlət naziri Məhəmməd əl-Xüleyfi telekanala müsahibəsində bildirib. Nazirin sözlərinə görə, region ölkələri İran düşməni olmasa da, Tehran raket zərbələri endirməyə, o cümlədən Qətər ərazisinə zərbələr vurmağa davam edir: “Bu, İrana heç bir fayda gətirmir və əslində, tarixi münasibətlərə böyük zərər vurur. Qətər son anadək müxtəlif diplomatik kanallar vasitəsilə böhranı dayandırmağa və müharibənin başlamasının qarşısını almağa çalışıb”. O, həmçinin zərbələrin hədəflərinin genişlənməsindən narahatlığını ifadə edib.

“BBC”: ABŞ İran aviasiyasını və hərbi donanmasını məhv edib. Əməliyyatlar bundan sonra daha sərt şəkildə davam edəcək. Bu barədə ABŞ Prezidenti Donald Tramp Kentukki ştatına getməzdən əvvəl jurnalistlərlə söhbətində bildirib: "Biz bunun nəyə gətirib çıxaracağına baxacağıq. İranın donanması və hərbi aviasiyası qalmayıb. Biz onların donanmasını, Hərbi Hava Qüvvələrini, bütün hava hücumundan müdafiəsini, 60 mina qayığını məhv etdik. Biz daha sərt hərəkət edə bilərik. Əgər biz onlara zərbə endirsək, onları elə bu gün, bir saat ərzində məhv edə bilərdik, onlar heç vaxt bərpa oluna bilməzdilər".

“The Times of Israel”: "Hizbullah" İsrailə qarşı yönəlmiş "Yeyilmiş qartal" əməliyyatına başladığını elan edib. Məlumata görə, "Hizbullah" İsrailə təxminən 100 raket atıb. Hücum nəticəsində iki nəfər yüngül xəsarət alıb, onlar xəstəxanaya aparılıb. Daha sonra İsrail Ordusu Beyrutun kənarına yeni, kütləvi hücumlar həyata keçirib. Livan paytaxtının cənubundakı ətraf şəhər Dahiyada "Hizbullah"ın infrastrukturu hücumun hədəfi kimi müəyyən edilib.

“TRT World”: İran Prezidenti Məsud Pezeşkian bildirib ki, rəsmi Tehran regional sülhə sadiqdir, lakin gələcəkdə ABŞ və İsraildən hücum etməmək barədə qəti zəmanətlər lazımdır: "Rusiya və Pakistan liderləri ilə danışıqlar zamanı İranın regionda sülhə sadiqliyini bir daha təsdiqlədim. (İsrail - red.) və ABŞ tərəfindən başladılan bu müharibəyə son qoymağın yeganə yolu İranın qanuni hüquqlarını tanımaq, təzminat ödəmək və təcavüzün təkrarlanmamasına dair qəti beynəlxalq zəmanətlər verməkdir".

“Fox news”: Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Kentaki ştatının Hibron şəhərində son 11 gündə ABŞ-ın Silahlı Qüvvələrinin İranı faktiki məhv etdiyini iddia edib. Onun sözlərinə görə, artıq İranın radarları və ya hava hücumundan müdafiə sistemləri yoxdur. Tramp həmçinin bildirib ki, Tehran tərəfindən buraxılan raket və dronların sayı əməliyyatın əvvəli ilə müqayisədə müvafiq olaraq 90 faiz və 85 faiz azalıb.

“Agerpres”: Rumıniya parlamenti Prezident Nikuşor Danın ABŞ-ın avadanlığı və qoşunlarının İrana qarşı əməliyyatı dəstəkləmək üçün müvəqqəti yerləşdirilməsinə dair xahişini təsdiqləyib. Parlamentin 272 üzvü qərarın lehinə, 18-i əleyhinə səs verib, beş nəfər bitərəf qalıb. Ən böyük müxalifət partiyası olan "Rumınların birliyi uğrunda alyans"ın lideri Corce Simion isə qərarın tələsik verildiyini və ölkənin təhlükəsizliyinə təhdid yarada biləcəyini bildirib.

“Associated Press”: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarını dayandırmaq üçün təcili planı yoxdur. Amerika lideri İslam Respublikasının hərbi potensialını əhəmiyyətli dərəcədə itirdiyini iddia edib və deyib ki, bu, əməliyyatları dərhal dayandıracağımız anlamına gəlmir. Onun sözlərinə görə, ABŞ-ın əsas məqsədi mümkün qədər tez qələbə qazanmaqdır.

“Qatar News Agency”: Küveytin Beynəlxalq hava limanı dron hücumuna məruz qalıb. Məlumata görə, dronlar müəyyən maddi ziyan vurub, lakin xəsarət alan yoxdur. Bununla yanaşı, qeyd olunub ki, hücumun məsuliyyətini heç kim öz üzərinə götürməyib.

“SEPAH”: İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın raket bölməsində fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Məhəmmədi adlı komandirini öldürüb. O, "Hizbullah"ın raket potensialının artırılmasında mühüm rol oynayıb və "Şimal oxları" əməliyyatından sonra qruplaşmanın imkanlarının bərpasında iştirak edib.

Hazırladı:
N.BEYDİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Mart 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri