ABŞ: İsrailin Suriyaya girməsi “müvəqqəti vəziyyətdir”
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ İsrailin Suriya ərazisinə daxil olmasını “müvəqqəti vəziyyət” adlandırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında Suriyadakı son hadisələri və rejimin çöküşünü dəyərləndirib.
Hər bir ölkənin terror təşkilatlarına qarşı hərəkətə keçmək hüququna malik olduğunu bildirən Miller, “Suriya ordusu danışıqlar mövzusu olan İsrail – Suriya bufer zonası ətrafındakı mövqelərini tərk etdi. Bu, İsraili və İsraili potensial olaraq təhdid edə biləcək bir boşluq yaratdı, vətəndaşlar və terror təşkilatları tərəfindən doldurula bilər.” deyib.
Sözçü Miller, İsrail və Suriya arasında 1974-cü ildə əldə edilmiş Qoşunların Çıxarılması Razılaşmasını dəstəklədiklərini təkrarladı.
İsrailin işğal cəhdinin bölgə ölkələri tərəfindən pisləndiyini xatırladan Miller, “Gərginliyi azaltmağa və sabitliyi təmin etməyə çalışırıq” deyib.
O, regionda sabitliyin bütün ölkələrin, o cümlədən İsrailin də marağında olacağını vurğulayıb.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 10 Dekabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















