ABŞ Kanada ilə ticarət danışıqlarında mövqeyini yumşaldır Karni
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Kanada ilə ticarət danışıqlarında daha yumşaq mövqe nümayiş etdirməyə başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni Millətlər Birliyi sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Onlar indi daha az tələb edir və daha çox təklif edirlər, amma biz hələ razılığa gəlməmişik”, – deyə Karni qeyd edib.
Baş nazirin sözlərinə görə, ABŞ Kanadanın “qırmızı xətləri” ilə bağlı tələblərindən, o cümlədən fransız dilinin qorunmasına və Ottavanın digər tərəfdaşlarla ticarət sazişləri bağlamaq suveren hüququna qoyulan məhdudiyyətlərdən imtina edib.
“Bu məsələlər hazırda danışıqlar masasında deyil və bu, çox yaxşıdır”, – deyə Karni vurğulayıb.
O bildirib ki, Ottava ilə Vaşinqton arasında etibarlı kommunikasiya kanalları yaradılıb və tərəflər arasında irəliləyiş əldə olunub. Karninin sözlərinə görə, aktiv danışıqlar prosesi artıq başlayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 04 Noyabr 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















