ABŞ Kanadada yerləşən 8 şirkətə sanksiya tətbiq etdi
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Maliyyə Nazirliyi İran rejiminə sanksiyalardan yayınmağa şərait yaratdığı və qanunsuz maliyyə əməliyyatlarını asanlaşdırdığı iddia edilən Kanadada yerləşən 8 çirkli pulların yuyulması şirkətini sanksiya siyahısına əlavə edib.
Turkustan.az xəbər verir ki, nazirliyin açıqlamasında bu qərarın İrana qarşı "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsində qəbul edildiyi bildirilib.
Bəyanatda qeyd olunur ki, həmin firmalar İran rialı və digər valyutaları rəqəmsal aktivlərə dəyişməklə Tehranla əlaqəli beynəlxalq maliyyə əməliyyatlarını həyata keçiriblər. Onlar sanksiyalar altında olan İrandakı rəqəmsal aktiv birjaları, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli kripto cüzdan ünvanları ilə əməliyyatlar aparıblar.
Məlumata görə, sanksiya qərarı ABŞ Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi (FinCEN) və Kanadanın Maliyyə Əməliyyatları və Hesabatlarının Təhlili Mərkəzi (FINTRAC) ilə sıx koordinasiya şəraitində qəbul edilib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 Noyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















