Icma.az
close
up
RU
ABŞ kəşfiyyatı Azərbaycanla bağlı məlumat yaydı

ABŞ kəşfiyyatı Azərbaycanla bağlı məlumat yaydı

Icma.az bildirir, Bakupost portalına istinadən.


ABŞ-nin kəşfiyyat icmasının məlumatına görə, Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin imzalanması üçün hələ də maneələr var.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, kəşfiyyat icmasının illik hesabatında Azərbaycanın Ermənistan Konstitusiyasını dəyişdirmək tələbini nümunə kimi göstərib.

“Prezident Əliyev Ermənistanın Konstitusiyaya dəyişiklik edərək “Qarabağın Ermənistanın bir hissəsi olduğunu göstərən istinad”ı əsas qanundan çıxarması tələbində israrlıdır. Bunun üçün Ermənistanda qəbul edilməsinə zəmanət verilməyən Konstitusiya referendumu tələb olunur”, - hesabatda qeyd edilib.

Həmçinin, illik hesabatda bildirilib ki, ötən ilin avqust ayında Vaşinqtonun vasitəçiliyi ilə Ağ Evdə keçirilən Sülh Zirvəsi Ermənistan və Azərbaycan üçün davamlı sülh razılaşmasına nail olmaq və regional sabitliyin artırılmasına töhfə vermək üçün fürsət yaradıb.

Kəşfiyyat əlavə edib ki, Amerika sülh müqaviləsinin şərtləri, eləcə də Vaşinqton tərəfindən idarə olunacaq və Azərbaycanı Ermənistanın cənubundan keçən marşrut vasitəsilə Naxçıvan anklavı ilə birləşdirəcək və hər iki ölkə və bütün region üçün ticarət axınlarını açacaq TRIPP layihəsi ilə bağlı ilkin razılığa gələ bilib.

Vaşinqtonun fikrincə, bu hadisələr Ermənistan-Azərbaycan münasibətlərində əhəmiyyətli dönüş nöqtəsidir. Kəşfiyyat xidməti xatırladıb ki, Azərbaycan 2020-2023-cü illərdə Ermənistanın işğalında olan Qarabağ bölgəsini hərbi yolla geri alıb.

“Avqustun 8-dən bəri hər iki tərəf sammitdən əldə edilən müsbət impulsu qorumağa hazır görünür. Sərhəddə atəşkəs pozuntuları kəskin şəkildə azalıb, indi demək olar ki, yoxdur”, - hesabatda vurğulanıb.

ABŞ-nin kəşfiyyat icması həmçinin xatırladıb ki, Azərbaycan Ermənistana benzin tədarük edib və buğda tranzitinə icazə verib, Baş nazir Nikol Paşinyan da öz növbəsində Prezident İlham Əliyevə qarşılıqlı təklif verib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Mart 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri