Icma.az
close
up
RU
3 5 manatlıq kosmetika üz dərisinə nə edir? Vizajistdən XƏBƏRDARLIQ

3 5 manatlıq kosmetika üz dərisinə nə edir? Vizajistdən XƏBƏRDARLIQ

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Son illər bazarda ucuz makiyaj vasitələrinə tələbat xeyli artıb. Xüsusilə sosial şəbəkələrdə münasib qiymətə təqdim olunan kosmetik məhsullar qadınların diqqətini çəkir. Qiyməti 3-5 manat arasında dəyişən tuş, tonal krem, dodaq boyası, kirşan və xüsusilə suya davamlı kiprik tuşu və sürmələr bir çoxları üçün cəlbedici görünür. 

Bəs ucuz və keyfiyyətsiz məhsullar hansı fəsadlara yol aça bilər? Daha qalıcı olduğu üçün yüksək tələbat olan suya davamlı tuş və laynerlər hansı riskləri daşıyır?

Mövzu ilə bağlıvizajist Firuzə Əskərova Bakıvaxtı.az-ın suallarını cavablandırıb.

O bildirib ki, büdcəmiz imkan verdiyi qədər keyfiyyətli məhsullara üstünlük verməliyik. Əgər büdcəmiz məhduddursa, gündəlik istifadə üçün münasib qiymətə satılan, lakin keyfiyyətli markalar seçə bilərik:

"Pulu bir neçə keyfiyyətsiz məhsula xərcləməkdənsə, daha az sayda, amma yaxşı məhsul almaq daha məqsədəuyğundur. Çünki üz dərisi xüsusi diqqət və qayğı tələb edir. Dərimizə düzgün qulluq etməli, onun sağlamlığını qoruyan və ehtiyaclarına uyğun məhsullardan istifadə etməliyik. Dünyanın ən gözəl vizajisti gəlsə belə, düzgün qulluq olunmamış üzdə heç bir makiyaj gözəl görünmür".

Vizajist xüsusilə allergiyaya meyilli xanımlara xəbərdarlıq edərək bildirib ki, makiyaj üçün vizajistə müraciət etdikdə, ilk növbədə, dəri tipi haqqında məlumat verməlidirlər:

"Xüsusilə allergiyası, həssas dərisi və ya kosmetik vasitələrə qarşı hər hansı reaksiyası varsa, bunu əvvəlcədən bildirməlidir ki, vizajist məhsul seçərkən həmin məqamları nəzərə alsın.

"Allergiyaya meyilli və həssas dərisi olan xanımlar daha diqqətli olmalıdırlar. Belə xanımlar üçün xüsusi olaraq hazırlanmış kosmetik məhsullar mövcuddur və seçim zamanı onların dəri xüsusiyyətlərinə uyğun vasitələrə üstünlük verilməlidir. Əsas məsələ dərinin ehtiyaclarını nəzərə almaqdır. Məsləhət görərdim ki, allergiyasi olan xanımlar vizajistə müraciət edərkən öz dərilərinə uyğun, əvvəldən istifadə etdikləri və problem yaratmayan kosmetik vasitələri də özləri ilə gətirsinlər. Bu, həm vizajistin işini asanlaşdırar, həm də müştərinin özünü daha rahat və güvənli hiss etməsinə kömək edər.

Vizajist: "Düzgün qulluq olunmamış üzdə heç bir makiyaj gözəl görünmür"

Makiyaj zamanı allergiya yaranarsa, proses dərhal dayandırılmalı və istifadə olunan kosmetik vasitə dəridən ehtiyatla təmizlənməlidir. Müştəriyə əvvəlcədən həkim tərəfindən tövsiyə edilmiş müalicə planı olubsa, bu plana uyğun hərəkət edilməlidir", - deyə müsahibimiz qeyd edib.

"Suya davamlı kiprik tuşu və laynerlər risklər yaradırmı?" sualına da toxunan vizajist bildirib ki, heç bir kosmetik məhsulun hər kəs üçün tamamilə zərərsiz olduğuna zəmanət vermək olmaz:

"Suya davamlı tuş və laynerlər çox tələb olunur. Əgər müştərinin tərkibdəki maddələrə qarşı həssaslığı və ya allergiyası yoxdursa, bu məhsulların düzgün istifadəsi ciddi risk yaratmır. Yalnız kosmetik vasitələrə qarşı hər hansı reaksiyası olan xanımlar kosmetika vasitə seçərkən çox diqqətli olmalıdırlar. Çünki suya davamlı məhsullar məsamələri bağlayır, gözdə qaşınma, qızartı, sulanma kimi allergik reaksiyalar yarada bilər. Siuya davamlı makiyaj vasitələrdən  xüsusi günlərdə, toy və ya çəkiliş zamanı istifadə olunması daha məqsədəuyğundur". 

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Noyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri