Icma.az
close
up
RU
ABŞ kəşfiyyatının casusunun oğlu Rusiya tərəfdən döyüşərkən müharibədə ölüb Sensasiya

ABŞ kəşfiyyatının casusunun oğlu Rusiya tərəfdən döyüşərkən müharibədə ölüb Sensasiya

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yüksək rütbəli məmurunun oğlu Rusiya tərəfdən döyüşərkən müharibədə ölüb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ölən gəncin 2024-cü ilin fevralında ABŞ MKİ-nin Rəqəmsal İnnovasiyalar üzrə direktor müavini vəzifəsinə təyin edilmiş Culian Qallinanın oğlu olduğu üzə çıxıb.

Rusiya hökumətindən məlumat alan ailə oğlullarının Ukrayna sərhədləri daxilində öldürüldüyünü öyrənib. 

Anası yüksək rütbəli dövlət məmuru olsa da, 21 yaşlı Mişel Aleksand Qloss anti-Amerika mövqeyi ilə diqqət çəkib.

Məlumata görə, amerikalı 2024-cü ildə Rusiya ordusu ilə müqavilə əsasında döyüşərkən Ukraynanın şərqində öldürülüb.

Ailəsi Mişelin ötən il aprelin 4-də öldüyünü bildirib.

ABŞ casusunun oğlunun Rusiya uğrunda Ukraynada müharibədə həlak olması dünya mətbuatında geniş əks-səda doğurub.

A.M.Qloss ölümündən əvvəl sosial şəbəkələrdə özünü "çoxqütblü dünyanın tərəfdarı" adlandırıb. O, həmçinin özünü hər ikisi hərbi xidmətdə olan valideynlərin övladı kimi təsvir edib.

“iStories” araşdırma saytının yazdığına görə, Qloss 2022-ci ilin fevralından Rusiya ordusu ilə müqavilə bağlayan 1500-dən çox əcnəbidən biridir. Mənbələr bildirir ki, Qloss 2023-cü ilin dekabrında cəbhə xəttində baş verən toqquşmalarda iştirak edən hücum bölmələrinə yerləşdirilib.

Ailəsi Qlossun ölüm elanında Ukrayna savaşından bəhs etməyib, sadəcə Şərqi Avropada öldürüldüyünü yazıblar.

“The Guardian” yazır ki, Qloss 2023-cü ildə 56 mindən çox insanın öldüyü 6 fevral zəlzələsindən sonra bərpa işlərinə kömək etmək üçün Türkiyənin Hatay şəhərinə gedib.

Müharibəyə aid foto və videolarda onun əsasən nepallı müqaviləli əsgərlərlə birlikdə məşq etdiyi görünür. O, Rusiya ordusu ilə müqavilə imzaladıqdan 3 ay sonra hücum batalyonunun üzvü kimi Ukraynaya göndərilib.

Qlossun necə öldüyü sirr olaraq qalır. 

Dostu mətbuata açıqlamasında gənc amerikalının Ukrayna sərhədləri daxilində öldüyünü deyib.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Aprel 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri