ABŞ Konqresindən tarixi sent qərarı: 230 illik ənənə başa çatır
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, senatda keçirilən səsvermədə sent istehsalının dayandırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.
Konqresdən keçən layihə ABŞ Prezidenti Donald Trampın təsdiqinə təqdim olunacaq. Trampın qanun layihəsini imzalaması ilə 230 ildən artıq müddətdən sonra sent istehsalına rəsmən son veriləcək.
ABŞ Zərbxanası dövriyyə üçün sent istehsalını 2025-ci ilin noyabrında dayandırmışdı. Zərbxana həmin tarixdə dövriyyəyə buraxılacaq son 1 sentlik sikkənin zərb edildiyini açıqlamışdı.
ABŞ Zərbxanasının açıqlamasında 1 sentlik sikkənin istehsalının ölkənin ehtiyaclarını qarşılamaq üçün artıq zəruri olmadığı əsas gətirilərək dayandırılmasına qərar verildiyi bildirilib.
Açıqlamada qərarın qəbul edilməsində sentin istehsal xərclərinin artmasının da rol oynadığı qeyd edilib. Bildirilib ki, sözügedən xərc son 10 ildə 1,42 sentdən 3,69 sentə yüksəlib.
Sent istehsalının dayandırılmasının ildə təxminən 56 milyon dollar qənaət təmin edəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 01 Oktyabr 2026 07:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















