Icma.az
close
up
RU
ABŞ Konqresindən Azərbaycanla bağlı İLK Revanşistlərə ŞOK

ABŞ Konqresindən Azərbaycanla bağlı İLK Revanşistlərə ŞOK

Icma.az bildirir, Avtosfer portalına istinadən.

2026-cı il iyunun 24-də Vaşinqtonda, Kapitoli binasında Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə “Qayıdış hüququ və öz müqəddəratını təyin etmə: ikili standartlar və seçici yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu, ABŞ Konqresində Ermənistan tərəfindən azərbaycanlıların etnik təmizlənməsinə həsr olunmuş ilk belə tədbir olacaq.

Konfransda qaçqın və milli azlıqların hüquqlarının müdafiəsi üzrə mütəxəssislər, insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq mütəxəssisləri, etnik mənsubiyyətə görə zorakılığa, ayrı-seçkiliyə və təqiblərə məruz qalan diaspor təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və təsirlənmiş icmalar bir araya gələcək. İştirakçılar beynəlxalq təşkilatların etnik təmizləmə nəticəsində Ermənistandakı tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının fundamental hüququnu – təhlükəsiz, könüllü və ləyaqətli şəkildə vətənlərinə qayıtmaq hüququnu davamlı şəkildə diqqətdə saxlamağı müzakirə edəcəklər.

Ermənistan ərazisində qalan Azərbaycan mədəni, dini və tarixi irsinin, o cümlədən toponimlərin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların və digər abidələrin sistematik şəkildə dağıdılması, təhqir edilməsi və mənimsənilməsinin beynəlxalq hüquqi qiymətləndirilməsi məsələsi də müzakirə ediləcək. İştirakçılar bu pozuntuların BMT və onun müvafiq qurumları daxilində beynəlxalq hesabat və monitorinq səviyyəsinə çatdırılması, yerində araşdırmaların aparılması və faktların sənədləşdirilməsi, xüsusi faktaraşdırıcı missiyaların cəlb edilməsi və xüsusi məruzəçilər və digər beynəlxalq mandat sahibləri vasitəsilə araşdırma və hesabatlılıq mexanizmlərinin inkişaf etdirilməsi imkanlarını müzakirə edəcəklər.

Deputat Elşad Musayev Konqresdə bu müzakirələrin təşkilini beynəlxalq ictimaiyyətin Qərbi azərbaycanlıların deportasiyası mövzusuna cəlb etmək baxımından mühüm sayır. Bu mövzuda tədbirlərin müxtəlif beynəlxalq platformalarda keçirilməsini zəruri hesab edən Elşad Musayevin fikrincə, dünya ermənilərin azərbaycanlıları öz yurd-yuvasından qovması haqda məlumatlandırılmalıdır: “Bilirsiniz ki, erməni tərəfi beynəlxalq səviyyədə təbliğat aparır, Avropa Parlamenti, Fransa və digər mərkəzlər onlara dəstək verir ki, guya Qarabağda etnik təmizləmə həyata keçirilib. Halbuki 2023-cü ildə cinayətkar hərbi birləşmələr tərk-silah ediləndən sonra sivil ermənilərin qalması təklif olundu, sosial güzəştlər paketi, reinteqrasiya proqramı açıqlandı. Amma onlar öz xoşu ilə getdilər və heç bir məcburetmə olmadı. Buna baxmayaraq, 3 ildir ki, dünyaya car çəkiblər və onları qovduqlarımızı iddia edirlər. Hərçənd buna dair heç bir sübut yoxdur. Bu mənada Konqresdə Qərbi azərbaycanlıların deportasiya olunması faktının gündəmə gətirilməsi ciddi əhəmiyyət kəsb edir. Əslində, Avropa Şurasında, Avropa Parlamentində və digər beynəlxalq təsisatların tribunalarında bu tarixi faktlar dilə gətirilməlidir. Bu gün Avropa Parlamentinin üzvləri Qəzza hadisələri, Ukrayna münaqişəsi və digər hadisələr haqda çıxış edirlər. Amma azərbaycanlılara edilən zülmlərin üstündən sükutla keçirlər. Axı eynilə bizə qarşı bu cinayətlər törədilib. Odur ki, ilk dəfə Konqresdə belə bir toplantı keçirilməsi əlamətdardır və davamlı olması zəruridir”.

Deputat təklif edir ki, bu məsələdə diplomatiyamız, lobbimiz daha da fəal olmalıdır, vətəndaş cəmiyyəti aktiv işləməlidir: “Çünki dünyada həmişə bir xristian təəssübkeşliyi və ermənipərəst siyasət var. Azərbaycan haqlı savaşında belə günahkar çıxarılırsa, deməli, belə qərəzli münasibətə cavab olaraq daha böyük güclə səfərbər olmalıyıq. Bunun üçün lobbimiz və diaspor çox işləməlidir, xarici mediada çıxışlar artmalıdır, ən müxtəlif kluarlarda təbliğat aparılmalıdır. Çünki Qərbi azərbaycanlıların etnik təmizləməyə məruz qalması haqda beynəlxalq səviyyədə az danışılıb. Onların qayıdış məsələsi, hüquqları, Ermənistanın beynəlxalq hüquqa zidd siyasəti, bu ölkənin monoetnik olması haqda ABŞ ictimaiyyətini və Avropanı daha çox məlumatlandırmağa zərurət var. O səbəbdən, bu ilki təqdir edirəm və davamının gəlməsini arzulayıram”./musavat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 İyun 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri