Icma.az
close
up
RU
ABŞ konqresmeninin göstərişi ilə azərbaycanlılar şiddətə məruz qalıb BƏYANAT KONKRET

ABŞ konqresmeninin göstərişi ilə azərbaycanlılar şiddətə məruz qalıb BƏYANAT KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir qrup Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər alması barədə birgə bəyanat yayıb.

KONKRET.az xəbər verir ki, bəyanatda deyilir: “Biz – bir qrup Azərbaycan QHT təmsilçiləri Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət edərək Bakıya gəlmiş ABŞ konqresmeni Frank Peloninin göstərişi ilə onun mühafizəçiləri tərəfindən zorakılığa, şiddətə məruz qaldığımızı bəyan edirik.

İslamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib. Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib.

Biz onun Azərbaycana səfərinə etiraz edirik. Onun qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirərək Azərbaycan xalqından üzr istəməsini tələb etmişik. O, müharibə cinayətkarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhz edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək. Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib.

Dinc aksiya zamanı Frank Peloninin mühafizəçiləri bizlərə çoxsaylı xəsarətlər yetirib. Bədənimizin müxtəlif yerlərindən müxtəlif dərəcəli zədələr almışıq.

Bizim həyatımızı yerli hüquq-mühafizə orqanları xilas edə bildi. Aksiyanın foto və videoları ictimailəşib. Biz həmin görüntülərin araşdırılmasını, Frank Peloninin mühafizəçiləri, Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində hüquqi tədbirlər görülməsini tələb edirik.

Frank Peloni Azərbaycanda ədalət mühakiməsinə cəlb olunmalıdır.

Biz hüquq mühafizə orqanlarına məruz qaldığımız şiddət və xəsarətlər barədə rəsmi ərizə ilə müraciət edəcəyik”.

İmza:

Könül Behdudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri

Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri

Naibə Behdudova – “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri

Qəmzə Yusubova – Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri

Rahilə Mehtiyeva – “Sosial-iqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri

Amin Məmmədov – “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi

Asim Məmmədov – “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri

Telman Qasımov – “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri

Nailə İsmayılova – Yeni Həyat Humanitar Və Sosial Dayaq İctimai Birliyi

Fatma Hacıyeva – “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri

Fuad Kərimli – İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin fəalı

Elçin Muxtarlı – Sağlamlığa Xidmət İctimai Birliyinin sədri

Zülfiyyə Nuriyeva – Sosial-İqtisadi və Kənd Təsərrüfatını İnkişafına Dəstək İctimai Birliyinin sədri

Ruxsarə Axundova – “Könül Evi” Aztəminatlı Ailələrə Yardım İctimai Birliyinin sədri

Mehriban Abdullayeva – “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri

İradə Rizazadə – Vətəndaşların Sosial Rifahi Naminə İctimai Birliyinin sədri

Rəşad Mehdiyev- “Gilavar Foto Klubu” İctimai Birliyinin sədri

Elşad Məmmədli – Vətəndaş Maarifləndirməsi İctimai Birliyinin fəalı

Araz Əhmədov – “İnternat Məzunlarının Sosial İnteqrasiyasi” Gənclər İctimai Birliyinin sədri

Cəsarət Hüseynzadə – İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri

Mahirə Əmirhüseyova – XXI əsrin Qadınları İctimai Birliyinin sədri

Ədil Ədilzadə – Yeni Həyat-İqtisadi İnkişaf İctimai Birliyinin sədri

Ayaz Hüseynov – “Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri

Dünyaxanım Əliyeva – “Dünya, Ana və Uşaqlar” İctimai Birliyinin sədri.

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Noyabr 2024 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see431

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see144

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see144

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see142

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see138

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see132

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see132

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see131

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see131

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see129

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see129

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see129

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see127

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see122

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see121

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see121

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see120

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see118

Meyxanaçı Xəyyamın anası vəfat etdi

23 Sentyabr 2025 11:34see117

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri