ABŞ la məxfi danışıqlar aparılır, növbəti görüş... Zaxarova
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Moskva ilə Vaşinqton arasında ikitərəfli münasibətlərdəki “qıcıqlandırıcı məsələlərin” aradan qaldırılması ilə bağlı növbəti təmasın vaxtı müzakirə olunur.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Öz tərəfimizdən, iyulun 23-də Manilada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio arasında keçirilən danışıqlar zamanı əldə olunmuş razılaşmaya uyğun olaraq, amerikalı tərəfdaşlarla işi davam etdirməyə, bizim üçün prioritet olan məsələlərin konkret müzakirəsinə keçməyə hazırıq. Bu məsələlərin həlli ikitərəfli münasibətlərin uğurlu və hərtərəfli normallaşdırılmasının təminatı olmalıdır”, – o deyib.
Zaxarova əlavə edib ki, “qıcıqlandırıcı məsələlər” üzrə görüşlərin təşkili ilə bağlı Rusiya və ABŞ arasında əldə olunan “centlmen razılaşmasına” əsasən, bu görüşlər əvvəlcədən elan edilmir. Onun sözlərinə görə, tərəflər dialoqu bu formatda sakit və məxfi şəkildə aparmağı vacib hesab edirlər:
“Yalnız onu deyə bilərik ki, növbəti təmasın vaxtı hazırda müzakirə olunur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 20 Avqust 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















