ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 oktyabr, AZƏRTAC
ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını çatdırıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, Litva Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazir Robertas Kaunas açıqlamada bildirib: “Bu silahlar Litva ordusuna zirehli texnikalarla mübarizə aparmaq üçün yeni imkanlar verəcək, çəkindirmə və təhlükəsizliyi artıracaq”.
Alınan hücum dronlarının sayı dəqiqləşdirilməyib. “Switchblade 600” Litvaya Amerikanın “AeroVironment” şirkəti tərəfindən tədarük edilir.
Son üç ildə Vilnüs ABŞ-dən təxminən 2 milyard avro dəyərində silah və hərbi texnika alıb. Litva Baltikyanı ölkələr arasında Amerika silahlarının ən böyük sifarişçisidir.
ABŞ Prezidenti Donald Tramp oktyabrın 5-də Vilnüsün bu barədə təkliflər verməsindən sonra Litvada Amerika hərbi bazasının yaradılması ehtimalını “mütləq nəzərdən keçirəcəyini” bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 07 Oktyabr 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















