Icma.az
close
up
RU
ABŞ Maduronun ikinci təyyarəsini ələ keçirməyi planlaşdırır

ABŞ Maduronun ikinci təyyarəsini ələ keçirməyi planlaşdırır

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuela lideri Nikolas Maduroya məxsus ikinci təyyarəni ələ keçirməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə “Associated Press” amerikalı rəsmilərə və Dövlət Departamentinin sənədinə istinadən məlumat yayıb.

Agentliyin əldə etdiyi sənədə görə, sözügedən təyyarə “Dassault Falcon 200”dür. Bu təyyarə Venesuela prezidenti və ölkənin digər yüksək rütbəli rəsmiləri tərəfindən xarici ölkələrə, o cümlədən Yunanıstan, Kuba, Rusiya və Türkiyəyə uçuşlar üçün istifadə olunur ki, bu da Amerika administrasiyasının nöqteyi-nəzərindən ABŞ sanksiyalarının pozulmasıdır.

“Associated Press”in məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bu gün Maduronun təyyarəsinin yerləşdiyi Dominikan Respublikasının paytaxtı Santo Dominqoya səfəri zamanı təyyarənin ələ keçirilməsi ilə bağlı açıqlama verməyə hazırlaşır. Müsadirəni həyata keçirmək üçün Dövlət Departamentinin rəhbəri təyyarənin saxlanılması və müsadirə edilməsi üçün 230 min dollar ayrılması üçün xarici yardımın dondurulması haqqında sərəncamdan istisna tələbi imzalamalı idi. Agentlik qeyd edir ki, təyyarənin ələ keçirilməsi ilə bağlı qərar ABŞ Ədliyyə Nazirliyinin də təsdiqini tələb edir.

Sentyabrın 2-də ABŞ Maduronun təyyarəsini Dominikan Respublikasında ələ keçirərək Florida ştatına aparıb. ABŞ Ədliyyə Nazirliyi təyyarənin ABŞ-ın ixrac nəzarəti və sanksiyalar qanunlarını pozaraq alındığını iddia edir. Venesuela hökumətinə məxsus ikinci təyyarə ABŞ-ın tələbi ilə Dominikan Respublikasında saxlanılır. 

2019-cu ildə Vaşinqton özünü elan etmiş Xuan Quaydonu respublikanın prezidenti kimi tanıdıqdan sonra Venesuela ABŞ-la münasibətlərini kəsib. 2015-ci ildən bəri ABŞ və müttəfiqləri Venesuelaya qarşı 930-dan çox birtərəfli məhdudlaşdırıcı tədbir tətbiq edib. Ölkə iqtisadiyyatı 2019-cu ildə prezident Trampın dövründə “Petroleos de Venezuela S.A” (PDVSA) dövlət neft-qaz şirkəti əleyhinə tətbiq edilən sərt sanksiyalardan ən çox zərər çəkib.

Aynurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Fevral 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri