“Maduronun ələ keçirilməsində onlar iştirak edib”
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Keş Patel Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Seliya Floresin saxlanılmasında kəşfiyyat agentlərinin iştirak etdiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
Patelin sözlərinə görə, söhbət girovları azad etmək üçün nəzərdə tutulmuş FTB bölməsindən gedir.
“FTB-nin Hadisələrə Müdaxilə Qrupu (CIRG) bizim taktiki aviasiya və ixtisaslaşdırılmış əməliyyat bölmələrimizi, o cümlədən girovların xilasetmə qrupunu idarə edir... Onlar hücum qrupuna təyin ediliblər”, - büro rəisi deyib.
Qeyd edək ki, yanvarın 5-də CNN telekanalı Venesuela Prezidenti Nikolas Maduronun olduğu vertolyotun Nyu-Yorkdakı Federal Məhkəmə binasına gəldiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 05 Yanvar 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















