ABŞ mediası: ABŞ və İran razılığa gəldilər
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Axios-a görə, ABŞ və İran razılığa gəliblər, lakin bunun üçün Trampın yekun təsdiqi lazımdır.
Turkustan.az xəbər verir ki, ABŞ-ın aparıcı media orqanı olan "Axios" iki ABŞ rəsmisinə istinadən xəbər verib ki, ABŞ və İran atəşkəsin uzadılması və İranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün 60 günlük anlaşma memorandumu barədə razılığa gəliblər.
Hesabatda bildirilirdi ki, Prezident Donald Tramp son təsdiqini verərsə, razılaşma qüvvəyə minəcək.
Prosesi qiymətləndirən rəsmilər bildiriblər ki, çərşənbə axşamı yuxarıda qeyd olunan anlaşma memorandumu ilə bağlı razılığa gəlinib və iki ölkə liderləri prosesi nəzərdən keçiriblər.
Eyni rəsmilər iddia edirdilər ki, İran sonradan onlara "müqaviləni imzalamağa hazır olduqlarını" bildirən mesaj göndərib. ABŞ rəsmilərinin bu iddiası İran tərəfindən təsdiqlənməyib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 28 May 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















