Ronaldinyo meydana qayıtdı və bunları yazdı
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Əfsanəvi futbolçu Ronaldinyo 11 illik fasilədən sonra yenidən rəsmi futbol matçında iştirak edib. Braziliyalı hücumçu “Ravenna”nın heyətində meydana çıxıb.
QOL.az xəbər verir ki, 46 yaşlıRonaldinyo İtaliya C seriyasının 14-cü turunda “Forli” ilə görüşdə oynayıb. Qarşılaşma “Ravenna”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan sonra Ronaldinyo sosial şəbəkə hesabında paylaşım edərək təəssüratlarını bölüşüb:
“Yenidən rəsmi matçda oynamaqdan çox xoşbəxtəm. Bir neçə il istirahət etdim, amma artıq geri qayıtmağın vaxtı çatıb. Komanda yoldaşlarımla birlikdə bu möhtəşəm günü yaşamaq və dolu stadionda meydana çıxmaq inanılmaz idi. Şübhəsiz ki, bu, həyatımın xüsusi anıdır.
Bilirsiniz ki, özümə meydan oxumağı və yeni, az adamın sınadığı şeyləri etməyi sevirəm. Bu adrenalin, meydançanın qoxusu və topla yenidən görüşmək həmişə xüsusi hissdir.
Bu arzumun gerçəkləşməsinə inandıqları üçün dostlarım Lorenso, İqnatsio və Cüzeppe Çiprianoya, həmçinin “Ravenna”nın bütün komandasına təşəkkür edirəm. İtaliyanı və bütün dünyanı fəth etmək üçün çalışmağa davam edəcəyik. Əminəm ki, doğru yoldayıq.
Bu unudulmaz axşam üçün bütün azarkeşlərə, xüsusilə də məni dəstəkləmək və yaxşı futbol matçı izləmək üçün uzaqdan gələnlərə təşəkkür edirəm. Komandamız yüksək liqaya yüksəlmək üçün böyük səy göstərdi. Tezliklə görüşərik, ailəm!”
Qeyd edək ki, Ronaldinyo bundan əvvəl son rəsmi oyununu 2015-ci ildə “Fluminense”nin heyətində keçirmişdi.
Baxış sayı:48
Bu xəbər 17 Noyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















