ABŞ Meksika ilə sərhəd divarını daha 11 kilometr uzadacaq
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Biz Amerikanı yenidən təhlükəsiz etmək üçün buna davam edəcəyik"
ABŞ hakimiyyəti Meksika ilə sərhəd boyu divarın uzunluğunu daha 11 kilometr artırmaq niyyətindədir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem deyib.
“Mən Arizonadayam və buradan sərhəd divarının harada bitdiyini görə bilərsiniz. Bu gündən biz daha 7 mil (11 km-dən çox) divar tikməyə başlayırıq. Biz Amerikanı yenidən təhlükəsiz etmək üçün buna davam edəcəyik", nazir qeyd edib.
Martın əvvəlində ABŞ vitse-prezidenti J.D.Vens bildirib ki, ABŞ Prezidenti Donald Tramp 2029-cu ildə dövlət başçısı kimi ikinci müddətinin sonuna qədər Meksika ilə sərhəddə divarın tikintisinin başa çatacağını gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 17 Mart 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















