ABŞ Meksika ilə sərhədə 500 ə yaxın hərbçi yerləşdirib
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir.
Amerika hərbçiləri "Alovlu avanqard" əməliyyatı çərçivəsində Texas ştatındakı Rio-Qrande çayı vadisi ərazisində yerləşdirilib. Meksika rəsmiləri qeyd edib ki, bu addımlar sərhəd təhlükəsizliyinin gücləndirilməsinə və potensial təhdidlərin aşkarlanması üzrə imkanların genişləndirilməsinə yönəlib.
Öz növbəsində, Meksika HDQ "Qılınc" əməliyyatı çərçivəsində Tamaulipas ştatındakı sərhədyanı Matamoros şəhərinə 159 hərbçi, 11 nəqliyyat vasitəsi və iki pilotsuz uçuş aparatı (PUA) göndərib.
Mexikoda vurğulayıblar ki, iki ölkənin qarşılıqlı fəaliyyəti suverenliyə hörmət və qarşılıqlı etimad əsasında reallaşdırılır. Meksika HDQ şimal sərhədində patrul xidmətini davam etdirəcək, tərəflər arasında məlumat mübadiləsi isə müəyyən olunmuş kanallar vasitəsilə həyata keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 03 Oktyabr 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















