ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərinin aradan qaldırılması üzərində işləməyə hazırdır
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vaşinqton administrasiyası ABŞ-ın Mərkəzi Asiyanın bəzi ölkələri ilə ticarətini məhdudlaşdıran Cekson-Venik düzəlişinin ləğvi istiqamətində işləməyə hazırdır.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin idarəetmə və resurslar üzrə birinci müavini Maykl Riqas bəyan edib.
“Görünür, bu məsələni Dövlət Departamentinin diqqətinə çatdırmağın vaxtıdır”, – deyə o, ABŞ Konqresinin Senatındakı xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı bildirib.
Riqas əlavə edib ki, Dövlət Departamenti bu məsələdə ABŞ qanunvericiləri ilə əməkdaşlıq etməyə hazırdır.
Baxış sayı:123
Bu xəbər 17 İyul 2025 04:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















