ABŞ məşhur gəmisini Yaxın Şərqə göndərir Venesuela detalı
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“ABŞ təyyarədaşıyan gəmisi “Gerald R. Ford”u Karib dənizindən Yaxın Şərqə yönləndirəcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Gerald R. Ford” 2025-ci ilin iyun ayında Virciniya ştatının Norfolk şəhərindən yola düşüb və oktyabr ayında Karib dənizinə yönləndirilib. Təyyarədaşıyan gəmi ABŞ ordusunun Venesuelanın paytaxtı Karakasa hücumunda və 3 yanvarda Prezident Nikolas Maduronu ələ keçirmək əməliyyatında iştirak edib”, – deyə bildirilib.
Məlumata görə, təyyarə gəmisinin heyəti bu ilin mart ayının əvvəlində Norfolk bazasına qayıtmağı gözləyirdi, lakin yenidən yerləşdirilmə səbəbindən dənizçilər çox güman ki, aprelin sonu və ya may ayının əvvəlinə qədər evə qayıtmayacaqlar:
“Bu, gəminin vaxtında lazımi texniki xidmətdən keçməsinin qarşısını alacaq”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 13 Fevral 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















